Azərbaycan Gürcüstandan avtomobil idxalını beş dəfə azaltdı
Tarix: 24-07-2015 | Saat: 19:58
Bölmə:Karusel / İqtisadiyyat / M2 | çapa göndər

Ümumi məbləğdə 41,4 milyon dollarlıq avtomobil ixrac edilib.
Azərbaycan Gürcüstandan avtomobil idxalını beş dəfədən çox azaldıb. 2015-ci ilin yanvar-iyun ayında Gürcüstandan Azərbaycana 2207 minik avtomobili ixrac edilib, bu isə keçən ilin analoji dövrü üçün olan göstəricidən 5,4 dəfə azdır.
Xeberaz.az Oxu.Az-a istinad xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika Xidmətinin cari ilin birinci yarımilliyinin yekunlarına görə xarici ticarətinə dair hesabatında bildirilib.
Hesabata müvafiq olaraq, hesabat dövrü ərzində Gürcüstandan Azərbaycana 41,4 milyon dollar məbləğində avtomobil ixrac edilib.
Bu ilin yanvar ayı ərzində ölkənin ümumi ixracında isə Azərbaycana ixrac olunan məhsulların xüsusi çəkisi 31,66 faiz təşkil edib. Ölkənin ümumi ixracatında Azərbaycanın xüsusi çəkisi 41,61 faizdir.
Keçən ilin analoji dövrü ilə müqayisədə Gürcüstandan Azərbaycana avtomobil idxalı məbləğdə 3,6, kəmiyyətdə isə 9,75 min ədəd azalıb. Müqayisə üçün: 2014-cü ilin yanvar-iyun ayında Gürcüstan Azərbaycana 147,48 milyon dollar dəyərində 11,96 min avtomobil idxal edib.
Avtomobil tədarükünün azalması Azərbaycanın Avro-4 ekoloji standartına keçməsi ilə əlaqədardır. Avro-4-ün tətbiqi ölkəyə Gürcüstandan gətirilən avtomobillərin əksər hissəsini təşkil edən köhnə maşınların gətirilməsini məhdudlaşdırır.
Avtomobillər Gürcüstana xaricdən gətirilir.
2015-ci ilin yanvar-iyun aylarında Azərbaycan Gürcüstandan malların idxalını keçən ilin analoji dövrü ilə müqayisədə 2,2 dəfə azaldıb. 2015-ci ilin yanvar-iyun aylarında Gürcüstandan Azərbaycana 130,77 milyon dollar məbləğində mal idxal edilib, bu isə Gürcüstan idxalının ümumi həcminin 12,1 faizini təşkil edir.
Xəbəri paylaş
7258 dəfə oxunub.
Digər xəbərlər

11-01-2016, 11:28
"Asan Xidmət" rüsumu qaldırdı (FOTO)
24-05-2019, 18:16
Erməni əsilli bacı qardaş: "Biz Bakıda gəzdik, bura çox gözəldir, hava ilə bağlı bəxtimiz gətirdi"
6-06-2019, 12:51
Bu gün Bakıda çimərliyə getmək olar? - AÇIQLANDI
29-11-2015, 19:18
“Türk TIR-ları Azərbaycandan keçəcək“
29-09-2023, 20:02
Turşuların bilmədiyiniz ziyanları - İltihab, artıq çəki, sirroz...
23-06-2015, 23:17
Möhtəşəm bağlanış mərasimində nələr olacaq? (VİDEO)
1-07-2016, 16:15
Üçəmlərdən sonuncusu dəfn olundu - FOTO
8-02-2018, 14:11
Əfqan Muxtarlı bacısının 40 mərasimində - FOTO
29-04-2016, 20:51
"Bakı Qarabağı güc yolu ilə ala bilər, ancaq..."
24-12-2022, 11:09
Atasını öldürəndən sonra sevgilisinə hədiyyə almağa gedibmiş...