Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Liseylərə qəbulun nəticələri açıqlandı
Tarix: 08-07-2019 | Saat: 10:38
Bölmə:Karusel / Gündəm / Təhsil / M2 | çapa göndər

Liseylərə qəbulun nəticələri açıqlandı
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki lisey və məktəb-liseylərin V və VII siniflərinə qəbulla bağlı müsabiqənin nəticələri açıqlanıb.
Bakı Şəhəri Üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr sektorundan "Xəbəraz.az"-a verilən məlumata görə, müsabiqənin nəticələri barədə məlumatı müraciət etdikləri təhsil müəssisələrindən əldə edə bilərlər.
Qeyd edək ki, Texniki-Humanitar Lisey, 2 nömrəli Texniki-Humanitar Lisey, 147 nömrəli Texniki-Humanitar Lisey və 291 nömrəli Ekologiya Liseyinin V sinfinə qəbulla bağlı müsabiqəyə 1 239 şagird qatılıb. Onlardan 567 nəfəri müsabiqənin nəticələrinə görə müvəffəq olub.
BŞTİ-nin tabeliyindəki 23 məktəb-lisey və liseyin VII lisey siniflərinə qəbul üçün müsabiqədə isə həmin məktəb-liseylər və liseylərlə yanaşı, cari tədris ilində digər ümumi təhsil məktəblərinin VI sinfini əla və yaxşı qiymətlərlə bitirmiş 2 046 şagird iştirak edib. Müsabiqədə uğurla iştirak etmiş şagirdlər göstərdikləri nəticələrə uyğun olaraq müvafiq profil sahələləri üzrə lisey siniflərində təhsilini davam etdirmək hüququ qazanıb.


Xəbəri paylaş

4798 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___