Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Şahzadə Diananın sevimli əşyası hərraca çıxarıldı
Tarix: 02-07-2019 | Saat: 05:16
Bölmə:Karusel / İqtisadiyyat / M2 | çapa göndər

Şahzadə Diananın sevimli əşyası hərraca çıxarıldı
Mərhum Uels şahzadəsi Diananın sevimli pambıq idman gödəkçəsi Bostonun “RR Auction” auksionunda hərraca çıxarılıb.
“Xəbəraz.Az” “RİA Novosti”yə istinadən xəbər verir ki, əşyanın ilkin satış qiyməti 5 ABŞ dolları təşkil edib. Auksion evinin nümayəndələri bildiriblər ki, gödəkçə əla vəziyyətdədir.
Maraqlıdır ki, Diana hər fiziki məşq günü məhz həmin idman gödəkçəsini geyinirmiş. Şahzadənin şəxsi məşqçisinin sözlərinə görə, məşq zamanı eyni geyimlərdən istifadə edən Diana bununla paparazzilərə onun yeni şəkillərini satmalarında mane olmağa çalışırdı.
Qeyd edək ki, Uels şahzadəsi Diana 1997-ci il avqustun 31-də Paris şəhərində düşdüyü avtomobil qəzasında həyatını itirib. Qəzanın dəqiq səbəbi hələ də məlum deyil.


Xəbəri paylaş

3568 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___