Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
İstanbul seçkisinin yekun nəticəsi açıqlandı - RƏSMİ
Tarix: 24-06-2019 | Saat: 14:20
Bölmə:Karusel / Siyasət / Gündəm / Dünya | çapa göndər

Türkiyə Ali Seçki Qurumunun (YSK) sədri Sadri Güvən İstanbulda iyunun 23-də keçirilən təkrar bələdiyyə seçkilərinin yekun nəticəsini açıqlayıb.
“Anadolu” agentliyinin verdiyi məlumata görə, S.Güvən seçkilərdə Ədalət və İnkişaf Partiyasından bələdiyyə sədrliyinə namizəd Binəli Yıldırımın 3 935 453 səs, Cümhuriyyət Xalq Partiyasından namizədliyi irəli sürülmüş Əkrəm İmamoğlunun isə 4 741 868 səs toplandığını bildirib. 
Nəticələrə əsasən, Ə.İmamoğlu 54,21 faiz səslə qələbə qazanıb. B.Yıldırım isə səslərin 44,99 faizinə sahib olub.
Xatırladaq ki, martın 31-də İstanbul Böyükşəhər Bələdiyyəsi sədrliyinə keçirilmiş seçkilərdə Ə.İmamoğlu 48,8 faiz toplayaraq 13 729 səs fərqi ilə B.Yıldırımı üstələmişdi. O, aprelin 17-də vəzifəsinin başına keçsə də, mayın 6-da YSK İstanbul bələdiyyəsinə keçirilmiş seçkilərin nəticələrini ləğv etmiş, təkrar seçkiləri isə iyunun 23-nə təyin etmişdi.


Xəbəri paylaş

3998 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___