Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
İlham Zəkiyev cəbhədə ermənilərin bir addımlığında - FOTO
Tarix: 24-07-2015 | Saat: 13:36
Bölmə:Karusel / İdman / M2 | çapa göndər

İlham Zəkiyev cəbhədə ermənilərin bir addımlığında - FOTO

I Avropa Oyunlarında ölkəmizə qızıl medal qazanan paracüdoçu İlham Zəkiyev cəbhə bölgəsinə gedib.
Bu barədə Azvision.az-a danışan İ.Zəkiyev bildirib ki, sosial şəbəkədə müzakirələrə səbəb olan fotosu ötən gün Murovda hərbçilərimizlə görüş zamanı çəkilib: “Müdafiə Nazirliyinin təşkil etdiyi bu görüşə böyük məmuniyyətlə razılıq verdim. Hələ bundan sonra da bir neçə yerdə hərbçilərimizlə görüşəcəyik. Daha çox ön cəbhədə görüşlərimiz olacaq. Ali baş komandan, cənab prezident İlham Əliyev, müdafiə naziri, general-polkovnik Zakir Həsənov daim ön cəbhədə əsgərlərimizlə görüşür. Bu baxımdan mən də özümə borc bildim ki, əsgərlərimizlə ön cəbhədə görüşüm”.

Qeyd edək ki, İlham Zəkiyev kəşfiyyatçı olub. Bir çox təhlükəli döyüş tapşırıqlarının öhdəsindən bacarıqla gələn əsgər Zəkiyev 7 ay orduda nümunəvi xidmət edib, fəxri fərmanlar alıb.

1999-cu ilin fevral ayında növbəti dəfə döyüş tapşırığını yerinə yetirərkən erməni snayperinin açdığı atəş nəticəsində İlham yaralanıb. Güllə onun başına dəyib, sol gicgahından girərək sağ gicgahından çıxıb. O, aldığı yaradan komaya düşüb. Komadan çıxdıqdan sonra məlum olub ki, İlham görmə qabiliyyətini tamamilə itirib. Həkimlər hətta belə bir ölümcül yaradan sonra onun sağ qalmasını möcüzə sayırdılar. Bütün göstərilən səylərə baxmayaraq, İlhamın görmə qabiliyyətini qaytarmaq mümkün olmayıb.

İlham Zəkiyev birinci dərəcəli Qarabağ əlili kimi evə dönüb. Bu zaman onun hələ 19 yaşı tamam olmamışdı. Hərbi xidmətdən evə dönən İlham idman karyerasına başlayıb. 2 dəfə paralimpiya oyunları çempionu, 2 dəfə dünya çempionu, 5 dəfə Avropa çempionu olub. Bu il isə Bakıda keçirilən ı Avropa Oyunlarının qızıl medalını qazanıb.

O, Əməkdar idman ustası, "Şöhrət" ordeni və "Tərəqqi" medalı ilə təltif edilib.


Xəbəri paylaş

1 8798 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___