Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Sabahın hava proqnozu açıqlandı
Tarix: 24-07-2015 | Saat: 13:20
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər

Sabahın hava proqnozu açıqlandı
Azərbaycanın bəzi yerlərində havanın temperaturu 38 dərəcəyə yüksələcək.
Sabah Azərbaycanda əsasən yağmursuz hava şəraiti müşahidə ediləcək. ANS PRESS-in Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən verdiyi məlumata görə, Bakı və Abşeron yarımadasında iyulun 25-də hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir.

Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-24, gündüz 30-35 dərəcə isti olacaq.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu 23-25 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında iyulun 25-də əsasən yağmursuz hava şəraitinin gözlənildiyi bildirilir.
Şərq küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 20-25, gündüz 33-38, dağlarda gecə 14-19, gündüz 25-30 dərəcə isti olacaq.

Qeyd edək ki, bir neçə gün ərzində ölkə ərazisində müşahidə edilən küləkli və yağmurlu havadan sonra ötən gün və bu gün Bakıda və Abşeron yarımadasında bu gün yağmursuz hava şəraiti müşahidə olunur. Mülayim cənub-şərq küləyi əsir. Bu gün paytaxtda gündüz 30-35 dərəcə isti proqnozlaşdırılıb.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 23-24, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 24-25, Türkan, Hövsan, Şıx, Sahildə 25-26 dərəcə isti təşkil edir.


Xəbəri paylaş

7828 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___