Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Dilqəm Əsgərov baba oldu - Adını Dilqəm qoydular
Tarix: 08-06-2019 | Saat: 14:47
Bölmə:Karusel / Gündəm / Maraqlı | çapa göndər

Dilqəm Əsgərov baba oldu
5 ildir ki, erməni girovluğunda saxlanan Kəlbəcər sakini Dilqəm Əsgərov baba olub.
Xəbəraz.Az xəbər verir ki, bu barədə modern.az-a girovun oğlu Kürdoğlu Əsgərov məlumat verib. K.Əsgərov qismən də olsa, anasına verdiyi sözünü reallaşdırdığını bildirib: 
“Anam atamın həsrətini çox çəkirdi. Anama söz vermişəm ki, atam azad olunub gələnə kimi onun azadlığı uğrunda mübarizə aparacam. Anamın az da olsa Dilqəm həsrətini yumşaltmaq üçün qərar verdim ki, atamsız evlənim və elə də oldu. Evləndim və bu gün bir oğlum dünyaya gəldi. Körpə Şəmkirdə doğuldu. Adını Dilqəm qoyduq”.
Kürdoğlu Əsgərov öz oğlunu anasına hədiyyə etdiyini vurğulayıb: “İstəyirəm anam az da olsa balaca Dilqəmlə baba Dilqəm azad olub gələnə kimi təsəlli tapsın”. 
Qeyd edək ki, 2014-cü ilin iyul ayında Dilqəm Əsgərov və Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər. Onlarla birlikdə olan digər soydaşımız Həsən Həsənov isə güllələnərək öldürülüb. Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib.
Separatçı Dağlıq Qarabağ rejiminin qondarma məhkəməsi D. Əsgərovun ömürlük, Ş. Quliyevin isə 22 il müddətinə azadlıqdan məhrum edilməsi barədə qərar çıxarıb.


Xəbəri paylaş

4808 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___