Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Eden Azar "Real Madrid"ə transfer olunub - RƏSMİ
Tarix: 08-06-2019 | Saat: 00:41
Bölmə:Karusel / Gündəm / Dünya / İdman / M2 | çapa göndər

Eden Azar "Real Madrid"ə transfer olunub -RƏSMİ

İngiltərənin "Çelsi" klubunun futbolçusu Eden Azar İspaniya "Real Madrid"inə transfer olub.
"Xəbəraz.Az" "Kral klubu"nun rəsmi saytına istinadən verdiyi məlumata görə, belçikalı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanıb.
Bildirilir ki, 28 yaşlı cinah oyunçusu tezliklə tibbi müayinədən keçəcək. Sözləşmə şərtləri açıqlanmasa da, mətbuatda bu transferin "Real Madrid"ə 100 milyon avroya başa gəldiyi yazılıb.
Azar 2018/2019-cu illər mövsümündə Premyer Liqada 37 oyuna 16 qol vurub və 15 məhsuldar ötürmə edib. O, "Çelsi"nin Bakıda "Arsenal"ı 4:1 hesabı ilə məğlub etdikləri final qarşılaşmasında isə "dubl" edib.
Peşəkar karyerasına 2007-ci ildə Fransa "Lill"ində başlayan Eden Azar 2012-ci ildə "Çelsi"yə keçib. O, kapitanı olduğu Belçika millisində 100 oyuna 30 qol vurub.


Xəbəri paylaş

4258 dəfə oxunub.

Digər xəbərlər
4-02-2016, 10:56 Hacı Əliyev birincidir

bütün xəbərlər
____ Instagram ___