Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Sevgilinizin başqasına getməsini istəmirsinizsə... - Bürclərin İNANILMAZ YÖNLƏRİ
Tarix: 07-06-2019 | Saat: 18:51
Bölmə:Karusel / Sitat / Qoroskop | çapa göndər

Biz hamımız əbədi və qarşılıqlı sevgi həsrətindəyik. Sevgidə uğur qazanmaq yolunda aparılan mübarizə üsulları bürclərə əsasən dəyişir. Sevdiyi insanın həyatından getməməsi üçün hər zodiak işarəsi özünün taktika və stategiyasını işə salır. Astroloqlar bürclərə görə mübarizə yollarını tərtib edib.
Oxucuları bu üsullarla tanış edirik::
Qoç
Qoçlar çox emosionaldır. Vəziyyət kəskinləşən kimi onlar yox ola və ya təsəllini başqasında axtara bilər. Onların açar sözü “yenisi”dir. Odur ki, bu bürcün nümayəndələrini nəzarətdən buraxmayın.
Buğa
Onlar aşiq olduğu insanla münasibətlərini qorumaq üçün mümkün olan hər şeyi edəcək. Lakin Buğa bürclərinin sizə qarşı heç bir hissi yoxdursa, bütün cəhdlər puça çıxacaq, vaxtınızı boşa xərcləməyin.
Əkizlər
Onlar mövqeyini sürətlə dəyişir, çünki daimilik Əkizlər üçün sadəcə ölümə bərabərdir. Amma kiçik bir sirr var, hisslərinizin gücünə və səmimiliyinə inandırın və onlar həmişə sizin yanınızda olacaq.
Xərçəng
Xərçənglər son dərəcə hissiyatlı bürcdür. Onların ən böyük qorxusu qarşılıqsız həssaslıqdır. Onlara dürüst və etibarlı münasibətlər verin, o zaman sizi heç bir halda tərk etməyəcəklər.
Şir
Şir bürcləri əylənməyi və diqqət mərkəzində olmağı sevir. Birinciliyi güzəştə gedin və onlara hər zaman heyran olun.
Qız
Analiz etmək bacarığı sayəsində onlar real vəziyyəti görməyi və bu situasiyanı düzgün qiymətləndirməyi bacarır. Odur ki, insanlardan ayrılmağa tez qərar verir. Onları saxta səmiyyətə inandırmaq və geri qaytarmaq mümkünsüzdür.
Tərəzi
Tərəzi bürcləri insanlararası münasibətlərdə həmişə harmoniya və balans tapmağa çalışır. Onların sosial öhdəliklərini dəstəklədiyinizi hiss etdirin.
Əqrəb
Bu bürclə ehtiyatlı olun. Onlar qəlbini nə bahasına olursa-olsun müdaifə edir. Sadəcə səmimi olun və Əqrəbləri dəyişdirməyə çalışmadan əminlik ötürün.
Oxatan
Oxatanlar üçün ən vacibi əyləncədir. Sevgini döyüş janrında bir filmə çevririn və görəcəksiniz ki, onlar artıq sizə aşiq olub.
Oğlaq
Oğlaq bürcləri əylənməyi və dincəlməyi gözəl bilir, amma görüşə gəldikdə hədəfləriniz məqsədi doğrultmalıdır. Onlardan nə istədiyinizə dair çox açıq olun.
Dolça
Onlar bərabərlik haqqında dərindən düşünür, lakin bu dəyərləri insanlararası münasibətlərdə tətbiq etmək çətin olur. Onların qəlbinə gedən ən sürətli yol - fikirlərin canlı müzakirəsi və təhlildir.
Balıq
Balıqlar inanılmaz empatiyasıyla və duyğusal dərinliyi ilə məşhurdur. Onları tutmağa çalışmayın - bu sirli varlıqlar Yer kürəsinə həmişə aid ola bilmir.
(publika)


Xəbəri paylaş

4538 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___