Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Xırdalanda öz evində bacanağını öldürdü: Boşanmış qızıma sataşırdı...
Tarix: 07-06-2019 | Saat: 11:09
Bölmə:Karusel / Hadisə | çapa göndər


Xırdalanda qətl törətməkdə təqsirləndirilən Şahin Qasımov barəsində olan hökmdən apelyasiya şikayəti verib.
Xəbəraz.Az ölkə.az-a istinadən bildirir ki, təqsirləndirilən şəxsin şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsində hakim Vidadi Cəfərovun sədrliyi ilə iyunun 7-də baxılacaq. 
Qeyd edək ki, qətl hadisəs  Xırdalanda baş verib. Şahin Qasımov öz evində bacanağı Müşfiq Abbasovu qətlə yetirib. Yaralı Müşviq Abbasov xəstəxanaya çatdırılıb. Bir neçə gün sonra isə dünyasını dəyişib.
Qətlə səbəb tərəflər arasında başlayan mübahisə olub. Qasımov qızına sataşdığını iddia edərək Abbasovu qətlə yetirib.
Elan olunmuş ittihamla Şahin Qasımov özünü təqsirli bilib və əməlindən peşman olmadığını söyləyib.
Qasımov bacanağını namus üstündə öldürdüyünü söyləyib. O deyib ki, qızı ailə həyatı qursa da, sonradan boşanıb və onunla birgə yaşayıb.
"Bacanağım Müşviq Abbasov bizə gəlmişdi. Birlikdə yeyib-içəndən sonra qızıma sataşdı. Hətta arvadıma da söz deyirdi. Buna görə onu vurmuşam".
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ş. Qasımov 9 il azadlıqdan məhrum edilib.


Xəbəri paylaş

4198 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___