Rayonlardan Bakıya sərnişin axını artıb
Tarix: 06-06-2019 | Saat: 12:54
Bölmə:Karusel / Gündəm / M2 / Araşdırma | çapa göndər
Ramazan bayramı ilə əlaqədar Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə (DANX) bölgə avtovağzallarından əvvəlcədən bilet əldə edən sərnişinlərlə bağlı daxil olan statistikaya əsasən bayramı həftəsonuna qədər regionlarımızda keçirəcək vətəndaşlarımızın rahat şəkildə daşınmasını həyata keçirmək məqsədilə gücləndirilmiş iş rejimi ayın 10-na qədər uzadılıb.
Bu barədə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova deyib.
Onun sözlərinə görə, Bakı Beynəlxalq Avtovağzal Kompleksi istisna olmaqla bu rejim ayın 7-nə qədər olan dövrü əhatə edirdi:
"Ümumilikdə bu gün ərzində regionlardan paytaxta sərnişin axınının üstünlük təşkil edəcəyi gözlənilir. Bu saata qədər 11770 nəfər regionlardan paytaxta sərnişin daşınıb. Günün sonuna qədər bu rəqəmin 19000-ə yaxın olacağı gözlənilir. Bayram səfərindən istifadə edib həftə sonunu bölgələrimizdə keçirəcək sərnişinlərimiz istirahətlərini başa vurduqdan sonra paytaxta geri dönüş zamanı ehtiyat avtonəqliyyat vasitələri ilə təmin olunacaqlar.
Bu dəfə müraciətimiz təkcə avtobus sürücülərinə deyil, eyni zamanda sərnişinlərimizədir: bayram günlərində magistral yollardakı sıxlığı nəzərə almadan idarə etdikləri avtonəqliyyat vasitəsinin sürət həddini artıran, avtonəqliyyat vasitəsini təhlükəli idarə edən sürücülərlə bağlı 012 566-52-58 nömrəsinə avtobusun dövlət nömrə nişanı barədə məlumat versinlər. Digər sərnişinlərin istəyi xaricində görüntülənmə ehtimalları olduğu üçün video görüntü çəkməyinizə lüzum yoxdur".
Xəbəri paylaş
3478 dəfə oxunub.
Digər xəbərlər

1-03-2016, 16:24
Evdən qaçan gəlindən xəbər var - TƏFƏRRÜAT - ÖZƏL
13-10-2015, 03:46
İlham Əliyev: Yoxlayan gəlir, öz payını alır, çıxıb gedir
28-11-2016, 11:16
Trampın Azərbaycanda 5 obyekti var
28-09-2016, 11:19
Əli Əhmədov: "Ölkəmiz referendumu uğurla başa vurdu"
14-07-2015, 11:37
Azərbaycanlı aktyor aclıq aksiyası keçirir
1-08-2016, 14:18
Aparıcı Samira Röya Ayxan ilə Türkiyədə - FOTO
30-11-2018, 15:09
Ötən gün dənizdə dalğaların hündürlüyü 7 metrə çatıb
4-12-2017, 13:51
Hacı Məmmədov intihar etməzdən qabaq məktub yazıb – RƏSMİ
20-12-2016, 20:51
Şakira və Pike uşaqları ilə - FOTOLAR
11-06-2017, 11:00
“Azərsu” kütləvi zəhərlənmə ilə bağlı açıqlama yaydı