Deputat A.Mirzəzadə təkzib edir: “Mən Paşinyanı öldürməyə çağırmamışam”
Tarix: 31-05-2019 | Saat: 21:38
Bölmə:Karusel / Gündəm | çapa göndər
Milli Məclisin deputatı Aydın Mirzəzadə təcili bəyanatla çıxış edib.
Bu barədə millət vəkili rəsmi bəyanat yayıb. "Mən parlamentin iclasında Paşinyanın aradan götürülməsinə çağırış etməmişəm. Təəssüf ki, KİV sözlərimi təhrif edib", - bəyanatda deyilir.
Xatırladaq ki, bu gün modern.az saytı Aydın Mirzəzadənin çıxışını yayıb və bildirib ki, guya həmin çıxışında deputat Azərbaycan ordusunun batalyon komandiri, mayor Aqil Ömərovun qətlinə qisas olaraq snayperləri baş nazir N.Paşinyanı və müdafiə naziri D.Tonoyanı aradan götürməyə çağırıb.
"Mən cəbhə zonasında yerləşən Ermənistan və Azərbaycan silahlı qüvvələrinin snayperlərini nəzarətə götürməyə çağırmışam. Demişəm ki, snayperlər hara gəldi atəş açmamalıdırlar. Elə vəziyyət yarana bilər ki, cəbhə zonasına dövlət başçıları və hökumət üzvləri gələ bilərlər. Misal üçün, qoşunların təmas xəttinə Paşinyan gələ bilər. Birdən snayperlər atəş açar. Bu, faciəyə gətirib çıxara bilər. Eyni şey Azərbaycan nümayəndələrinə də aiddir. Bir daha təəssüf edirəm ki, mənim sözlərim düzgün qəbul edilməyib və təhrif olunub", - deputat bildirib.
1268 dəfə oxunub.
Digər xəbərlər

10-12-2015, 15:22
Niderland mediası Azərbaycana diqqəti artırır
29-10-2018, 12:34
Flora Kərimovanın vannada fotosu yayıldı - FOTO
22-11-2018, 15:20
Azərbaycan və Türkmənistan arasında 21 sənəd imzalanıb
16-12-2016, 01:42
Qırmızı Xoruz ilində hansı zodiak illəri varlanacaq?
30-11-2019, 15:50
Yeniyetmələrə siqaret satan satıcılar cərimələndi
14-03-2017, 14:23
Bakıda marketə daxil olan şəxsin avtomobili oğurlandı
22-07-2016, 15:10
Çavuşoğlu: "Azərbaycan Fətullahçılara qarşı lazımi addımları atdı"
30-06-2015, 12:29
Azərbaycan sərhədində əməliyyat: 8 nəfər tutuldu
10-05-2018, 10:36
“Roma”dan “Beşiktaş”lıya görə 30 milyonluq təklif