Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Xəstə ölümündə adı hallanan həkimlə fotosunu paylaşan Xatirəni "yıxıb-sürüdülər"
Tarix: 30-05-2019 | Saat: 15:59
Bölmə:Karusel / Gündəm / Şou-Biznes | çapa göndər

Xəstə ölümündə adı hallanan həkimlə fotosunu paylaşan Xatirəni "yıxıb-sürüdülər"

Müğənni Xatirə İslam bir neçə ay əvvəl plastik əməliyyatla artıq çəkidən xilas olub
Sənətçinin əməliyyatını son günlər adı ölüm hadisəsində hallanan plastik-cərrah Sirus Qoçxani edib.
Xatirənin bu gün həkimlə foto yayımlayıb "Mənim gözəl həkimim, sizsiz darıxmışam" yazması izləyicilərini özündən çıxarıb. Onlar müğənninin ünvanına təhqirlər yazıb, onun düzgün addım atmadığını qeyd ediblər. Xatirə ona yazılan "Qəsdən reklam edirsiz bu həkimi? Ölən sənin əzizin olsaydı, belə edərdin? Sizi vicdanlı biri bilirdim, niyə belə edirsiz?Ölən həkimin oğlu və qızının bu paylaşımı görəndə içindən keçəcək hisləri düşünün" kimi şərhlər qarşısında sakit durmayıb. İfaçı da yazılanların bir neçəsinə təhqirlə cavab verib.
Müğənniyə şərh yazanlar arasında tanınmış stilist Anar Malik də yer alıb. O, fotoya "Doktor killer" qısa şərhini qeyd edərək, gülüş işarəsi qoyub.
Qeyd edək ki, iki gün əvvəl Sirus Qoçxani tərəfindən əməliyyat olunan zaman vəfat edən şəxs həkim-ginekoloq Sona Gürgün Vəliyeva olub.  Elmi-Tədqiqat Ağciyər İnstitutunda işləyən ginekoloq Cəmil Gürgün adlı Türkiyə vətəndaşı ilə evli imiş. Xanımının əməliyyatdan sonra dünyasını dəyişdiyi xəbərini alan həyat yoldaşı C.Gürgün infarkt keçirib. Sirus Qoçxani "Baku Medical Plaza”da çalışır. 
 
Onu da bildirək ki, Qoçxani 2017-ci ilin iyununda 21 yaşlı model Leyla Oruclunu da liposaksiya əməliyyatı etmişdi və gənc qız əməliyyatdan sonra dünyasını dəyişmişdi. S.Qoçxani o zaman "Zəfəran Hospital”da işləyirdi. Gənc qızın ailəsi 21 yaşlı modelin ölümündə həkim səriştəsizliyinin olduğunu iddia edirdi.
(axsam.az)








Xəbəri paylaş

4998 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___