Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Sənin yanında boş məzar var? - Esse - VİDEO
Tarix: 24-07-2015 | Saat: 10:07
Bölmə:Karusel / Maraqlı / M2 | çapa göndər

Sənin yanında boş məzar var? - Esse - VİDEO

Getdiyim hər yerdə eyni sözü qulağıma pıçıldayırlar - palaza bürün, elnən sürün! Yəni bu ucsuz-bucaqsız palazın çamurunu, palçığını görmək bu qədər çətindirmi? Yəni heç kim palçıqdan çıxmaq üçün heç olmasa çeçələ barmağını tərpətməyəcək?
Bura məzarlıqdır. Bilirsiniz nə qədər ölü var? Bura insanın yox, insan ruhunun qəbirə gömüldüyü qəbiristanlıqdır. Və bizlər yaşaya bilmədiyimiz üçün bu kütləvi məzarın baş daşını bəzəyən önəmli ünsürlərik.

Bu məzarlıqda hər birimiz başdaşıyıq. Burada “ölüm ya olum” sualına cavab verməyə ehtiyac yoxdur. Ən azından ona görə ki, olsaydınız, ölü deməzdik. Amma bu qəbiristanlıqda məzarların üzərinə qərənfil yerinə "hörmət" qoyulur. Gələn də, gedən də yoxsul ehtirasını biveç qəlibə salır.

Burada ölümün pəncəsindən xilas olmaq çıxış yolu deyil. Heç burada ölmək də sənə nəsə qazandırmır. Sən boynuna kəndir taxıb, özünə sui-qəsd etsən belə günahkarsan. Çünki artıq canına qəsd edən qatilsən sən. Hə, hə sən. Nə baxırsan? Elə sən özün də.

İndi soruşursan ki, olum ya ölüm?! Sən sadəcə quru nəfəsi gəlib-gedən, haqqını tələb etməyə ixtiyarı olmayan məxluqatsan. Sən çadırlarda bir tikə çörək tapmayıb ac yatanda burada qəbrin pulsuz-parasız hazırlanır. Burda daş-mezolit dövrüdür. Çıx şəhərə və doyunca bax. Bax ki, məzarlıdakı qulyabaniləri də görəsən. Burdakı əcaibliklər sənin ruhuna hopmalıdır çünki.

Bu ölülər səltənətində dəli də ola bilməzsən. Burda kimsə sənin halına yanmayacaq. Qonşunun qəbrinə girə bilmərsən burda. Gözəlləşməyə çalışa bilmərsən. Çünki burda gözəl olmaq istəyən çirkinliyini başa düşənlərə deyilir.

Burda ölüləri hələ də incidirlər. Burda əlinə qələm alıb ürəyindəki tikanı çıxarmaq istəyən insanlar qələmi də tikan edir. Amma sizə yox, elə düz ürəyinə.

“Sevmədim bu səhnəni mən. Həyat, endir o pərdəni. Mən səni sevənə kimi sən o pərdəni hələ çox yuyacaqsan. Sənə demişdim axı, kirlənmə!”



3978 dəfə oxunub.

Digər xəbərlər
3-11-2016, 14:05 Sabahın HAVA PROQNOZU

bütün xəbərlər
____ Instagram ___