Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
UEFA Azərbaycanda Mxitaryanla bağlı təxribatın qarşısını aldı
Tarix: 27-05-2019 | Saat: 11:12
Bölmə:Karusel / Gündəm | çapa göndər

UEFA “Arsenal” klubu futbolçularının Avropa Liqasının Bakı finalında erməni komanda yoldaşları Henrix Mxitaryana dəstək göstərməklə bağlı planlarına əngəl olub.
“Daily Mail”in məlumatına görə, “topçular” təhlükəsizlik məsələsini bəhanə edərək Bakıya uçmaqdan imtina edən erməni futbolçuya dəstəklə bağlı bir neçə variantı nəzərdən keçirib.
Əsas müzakirə olunan təklif isinmə hərəkətləri zamanı arxasında Mxitaryanın adının olduğu köynəyin geyinilməsi olub. Ancaq bundan xəbər tutan UEFA insayderləri istənilən belə hərəkətlərin təşkilatın nizamnaməsinə görə qadağan olunduğunu bildirib.
Stadiona daxil olan zaman həm meydanda, həm də meydançadan kənarda geyinilən istənilən idman forması, o cümlədən, futbolçuların isinmə hərəkətləri zamanı geyindiyi çiyinlik əvvəlcədən Avropanın ali idman qurumu ilə razılaşdırılmalıdır.
Bu arada, nəşrin yazdığına görə, digər yandan  “Arsenal” rəsmiləri Bakıda Mxitaryanla bağlı ehtiyatlı bəyanatlar səsləndirmək niyyətindədir. Onlar Azərbaycanla Ermənistan arasında uzunsürən münaqişənin olduğunu bilir və mötəbər yarışmanın finalına hər hansı siyasi gərginlik qatmaq istəmirlər.


Xəbəri paylaş

3298 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___