Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Azərbaycanda kişilərin 32.5 faizi qadınlara qarşı zorakılıq edir
Tarix: 23-05-2019, 11:30 | Saat: 15:47:00
Bölmə:Karusel / Araşdırma | çapa göndər

“Dünyada hər 3 qadından biri zorakılığa məruz qalır bu isə dünya üzrə 1 milyon qadın deməkdir”. 
Bunu BMT-nin Azərbaycandakı rezident- əlaqələndiricisi Qulam İshaqzai "Azərbaycanda qadına qarşı zorakılığın iqtisadi nəticələri " adlı tədbirdə deyib.
 
Q.İshaqzai bildirib ki, Azərbaycan da daxil olmaqla dünyanın bir çox ölkələrində qadınlar zorakılığa məruz qalır:
 
“Biz qadın zorakılığının əsas səbəblərini araşdırmağa çalışırıq. İnsanlar özlərini təhlükəsiz hiss etdikdə onların sosial fəaliyyətləri daha da artır. Əksinə daim təhlükədə və zorakılıq riski ilə qarşı-qarşıya qaldıqda isə bu, təbii olaraq bütün ölkələrin iqtisadi durumunu zərbə altında qoyur. Bizim məqsədimiz bütün qadın və qızların özlərini təhlükəsiz sosial mühitdə hiss etməsini təşlik etməkdir”.
O, ölkələrin gender əsaslı zorakılıqla mübarizədə ədaləti bərqərar etmək niyyəti ilə inzibati və cinayət cəzaları tətbiq etdiklərini söyləyib:
 
“Təqdirəlayiqdir ki, Azərbaycan 2010-cu ildə “Məişət zorakılığının qarşısının alınması haqqında” qanunu qəbul edərək, qadınlara qarşı zorakılığın dövlətin müdaxiləsini zəruri edən insan hüquqlarının pozuntusu olması ismarıcını verdi. Bu gün Azərbaycan hökumətinin sözügedən qanun qəbul olunduqdan sonra əldə etdiyi irəliləyişləri şərh etməkdən məmnunam.
 
Ədalətin təmin edilməsi və zərərçəkmiş şəxslərin qorunması və onların dəstək xidmətləri ilə təmin edilməsi üçün əlverişli mühitin yaradılması naminə bir sıra hüquqi və normativ sənədlərə düzəlişlər edilmişdi. Buna baxmayaraq, çətinliklər hələ də mövcuddur. 2008-ci ildə Azərbaycanda keçirilən gender əsaslı zorakılıq üzrə ilk tədqiqatın nəticələrinə əsasən, cinsi partnyoru olmuş bütün qadınların 15%-i həyatlarının müəyyən məqamlarında cinsi partnyorun fiziki zorakılığına məruz qalırlar.
 
2016-cı ildə “Kişilərin gender bərabərliyinə münasibətinə dair Tədqiqat” göstərir ki, bu rəqəmlərdə artım müşahidə edilir və kişilərin 32.5%-i zorakılıq törətməsi, qadınların isə 32.1%ı zorakılığa məruz qalma halları haqqında məlumat verir.
 
İlk baxışda bu rəqəmlər zorakılığın dinamikasında olan dəyişiklikliyə dəlalət edir. Lakin unutmamalıyıq ki, bu rəqəmlərin nisbi artımı həm də hökumətin BMT ilə əməkdaşlıq tədbirləri də daxil olmaqla əhali arasında bu fenomenin aradan qaldırılması istiqamətində apardığı maarifləndirmə tədbirləri nəticəsində zorakılıq hallarına dair məlumat vermə səviyyəsinin artmasının nəticəsi ola bilər".

738 dəfə oxunub.
<>
Ömərov Toğrul İsgəndər oğlu. Uşaq Cərrahı PhD. Qəbula yazılmaq +994506729224. Usaqcerrahi.az
Əlaqə üçün: (WhatsApp) +994506729224 (İnstagram.com)⬇ ➡@rtogrulomarov_ushaq_cerrahi

Bölməyə aid digər xəbərlər
17-03-2015, 22:32 Məşhur sitatlar
25-07-2017, 12:46 Sabahın HAVAsı

{sape_links}{sape_article}
bütün xəbərlər
____ Instagram ___