Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bakıya yağış yağacaq, rayonlara dolu düşəcək
Tarix: 19-05-2019 | Saat: 14:40
Bölmə:Karusel / Gündəm | çapa göndər

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Xəbəraz.Az-a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə duman olacaq.
Lakin gecəyə doğru bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 15-18° isti, gündüz 22-26° isti, Bakıda gecə 16-18° isti, gündüz 23-25° isti təşkil edəcək.
Atmosfer təzyiqi 756 mm civə sütunundan 761 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-70 % olacaq.
Azərbaycanın rayonlarına gəlincə, mayın 20-də bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 14-19° isti, gündüz 26-31° isti, dağlarda gecə 9-14° isti, gündüz 15-20° isti təşkil edəcək.


Xəbəri paylaş

5228 dəfə oxunub.

Digər xəbərlər
22-08-2015, 18:07 Tovuzda şəlalə tapıldı
17-02-2016, 12:55 Ad Günün Mübarək Xəyal

bütün xəbərlər
____ Instagram ___