Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Zaqatalada üç yaşlı uşaq bədbəxt hadisənin qurbanı oldu
Tarix: 18-05-2019 | Saat: 19:13
Bölmə:Karusel / Gündəm / Hadisə | çapa göndər

Zaqatalada bədbəxt hadisə nəticəsində üç yaşlı uşaq ölümünün təfərrüatı bəlli olub.
Rayonun Suvagil kəndində baş verən hadisə zamanı 2016-cı il təvəllüdlü Heydərov Toğrul Adil oğlu yaşadığı evin həyətində oynayarkən uzun illərdir orada istifadəsiz qalan yük maşınının təkəri üzərinə çıxıb. 
Müvazinətini itirən azyaşlı başıüstə yerə yıxılıb və ağır xəsarət alıb.
Yaxınlarının köməyilə xəstəxanaya çatdırılan zaman isə yolda keçinib.
Faktla bağlı araşdırma aparılır.
15:25
Bu gün səhər saatlarında Zaqatalada üç yaşlı uşaq bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.
Hadisə rayonun Suvagil kəndində baş verib.
Kənd bələdiyyəsindən saytımıza verilən məlumata görə, bu gün səhər saat 11:00 radələrində kənd sakini Heydərov Adilin azyaşlı oğlu həyətdə oynayarkən dünyasını dəyişib:
“Səhər saatlarında 2016-cı il təvəllüdlü Toğrul Adil oğlu Heydərov yaşadıqları evin həyətində oynayırdı. Bədbəxt hadisə nəticəsində həyətyanı sahədə olan “KAMAZ” markalı yük maşının təkəri azyaşlının üzərinə aşıb. Onu dərhal xəstəxanaya aparsalar da, uşağın həyatını xilas etmək mümkün olmayıb. Üç yaşlı Toğrul Heydərov aldığı ağır xəsarətlərdən dünyasını dəyişib”.
Faktla bağlı araşdırma aparılır.


Xəbəri paylaş

3648 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___