Sərt cəzalandırılacaqlar-BALIQÇILARIN NƏZƏRİNƏ
Tarix: 14-05-2019 | Saat: 20:49
Bölmə:Karusel / Gündəm | çapa göndər
Kürütökmə dövründə balıq ovlayanlar sərt cəzalandırılacaq"Balıqların kürütökmə dövründə balıq ovuna çıxan şəxslər barəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada ciddi tədbirlər görüləcək".
Bunu mətbuat konfransında ETSN-in Ətraf Mühitin Mühafizəsi Departamentinin sektor müdiri Raqub Mirzəyev deyib.
O bildirib ki, 2019-cu ilin ötən dövrü ərzində tərəfimizdən keçirilən reydlər zamanı balıqovlama biletlərinin (kvota) şərtlərinin pozulduğu, eləcə də balıqovlama bileti olmadan balıq ovlandığı faktları aşkar edilərək sənədləşdirilib: "Belə ki, balıqovlama biletlərinin tələblərinin pozulması və balıqovlama biletləri olmadan balıq ovu ilə bağlı Xəzər dənizi akvatoriyasında və daxili su hövzələrində 70 fakt aşkar edilib. Faktlarla bağlı təqsirkar şəxslər barəsində akt və protokollar tərtib edilib, ümumilikdə qanunsuz ovlanmış 7813 müxtəlif növ balıq götürülüb, 28 qanun pozucusuna inzibati qaydada 21200 manat məbləğində cərimə tətbiq edilib. Ümumilikdə təbiətə vurulan 5103 manat ziyan hesablanıb və cinayət tərkibi yaranan 42 iş üzrə araşdırma materialları hüquq-mühafizə orqanlarına göndərilib. Bununla yanaşı, ötən dövr ərzində regionlarda balıq ovlanması qaydaları və bu qaydaların pozulmasına görə nəzərdə tutulan inzibati və cinayət məsuliyyətləri, eləcə də təbiətə dəymiş ziyan barədə "xəbərdarlıq” hazırlanaraq kütləvi informasiya vasitələrində yayımlanıb, həmçinin "Xəbərdarlıq” vərəqəsi regionlarda yaşayış məntəqələrində və vətəgələrdə görünən yerlərdə yerləşdirilib, balıq ovu ilə məşğul olan fiziki, hüquqi şəxslər və briqada üzvləri arasında geniş izahat işləri aparılıb. Hazırda balıqların kürütökmə dövrü ilə əlaqədar balıq ovlanması qadağandır. Bütün fiziki və hüquqi şəxsləri xəbərdar edirik ki, bu dövrdə balıq ovuna çıxan şəxslər barəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada ciddi tədbirlər görüləcək".
Xəbəri paylaş
5338 dəfə oxunub.
Digər xəbərlər

20-08-2016, 13:16
Cəlilabadda qaçırılan 17 yaşlı qız atasına zəng vurub - "Harada olduğunu bilmir" - YENİLƏNİB
2-07-2017, 20:10
Dünya şöhrətli müğənnidən üzücü xəbər- Adeldən əbədi vida-Video
11-08-2020, 12:34
“50 yaşım var deyə qatarım getməyib ki” – Naibə Allahverdiyeva
16-02-2016, 16:04
Yeganə oğlunu ititrən Afaq Gəncəli ailə qurmağa hazırlaşır - ÖZÜ DANIŞIR
19-10-2016, 13:02
İqtisadiyyat “Azərbaycan Dəmir Yolları”QSC yük vaqonlarına nəzarəti gücləndirməlidir
29-11-2018, 16:41
“Qarabağ” futbolçuları meydana şəhid övladları ilə çıxacaq
14-05-2016, 15:45
Bu gün Ərdoğanın qızının toyudur
9-12-2015, 16:07
Damlanın klipinə 7 milyon nəfər baxdı – VİDEO
25-11-2021, 11:05
Bakıda naməlum şəxs 5-ci sinif şagirdini maşınına mindirərək oğurlamaq istədi - FOTO