Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Azərbaycan dili” fənni üzrə imtahan verəcək abituriyentlərin NƏZƏRİNƏ
Tarix: 14-05-2019 | Saat: 11:11
Bölmə:Karusel / Gündəm / Təhsil | çapa göndər


Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını rus dilində verən abituriyentlər üçün “Azərbaycan dili” fənni üzrə ikinci imtahana qeydiyyat başa çatır.
 
Dövlət İmtahan Mərkəzindən verilən xəbərə görə, ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən, lakin mayın 5-də keçirilən Azərbaycan dili imtahanında iştirak etməyən və ya “qeyri-məqbul” qiymət  alan abituriyentlər bu gün saat 23.59-dək qeydiyyatdan mayın 26-da keçiriləcək ikinci “Azərbaycan dili” imtahanında iştirak etməlidirlər.

 
Abituriyentlər qeydiyyatdan keçmək üçün tələb olunan məbləği (10 AZN) şəxsi kabinetlərindəki hesablarına əlavə etməlidirlər. “Azərbaycan dili” fənni üzrə ikinci imtahan mayın 26-da Bakı və Naxçıvan şəhərlərində keçiriləcək.
 
Mayın 5-də keçirilən imtahanda iştirak edən, lakin ali və orta ixtisas təhsili müəssisələrinin müsabiqəsinə qatılmayan cari ilin 9-cu və 11-ci sinif şagirdləri ikinci imtahanda iştirak etmirlər. Onların birinci imtahandan topladıqları bal yekun attestasiya sənədinə yazılacaq.
 


Xəbəri paylaş

3828 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___