Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
"Dünyasını dəyişdiyi gün səhər dedi ki..." - Aydın Xırdalanlının anası
Tarix: 13-05-2019 | Saat: 15:19
Bölmə:Karusel / Gündəm / Məşhurların Taleyi | çapa göndər

"Övladı olmadı, qardaşı dedi ki..." - Aydın Xırdalanlının anası

ARB TV-nin “Bu qədər” proqramının növbəti buraxılışında mərhum meyxanaçı Aydın Xırdalanlının həyatından bəhs olunub.

Mərhumun anası Bikəxanım Quliyeva övladı haqda danışıb. Xatirələrini bölüşən B.Quliyeva bildirib ki, Aydın ilk övladı olub:

"O, mənim xəyallarımı həyata keçirən oğul idi. Onu hər zaman şair və musiqiçi kimi görmək istəyirdim, çünki mən özüm də o həvəslə yaşamışam. Müəllimləri həmişə şikayət edirdi ki, dərsə mane olur, sinifdə meyxana deyir. Mənə hətta qızımdan belə yaxın idi. 2006-cı ildə, 29 yaşında evləndi. Övladı olmadı. Qardaşı da dedi ki, övladımın birini verim sənə, istəmədi.

Dünyasını dəyişdiyi gün səhər dedi, nəfəsim çatmır. Ayaqla gedə bilmədiyini dedi və təcili yardım çağırdıq. Reanimasiyaya apardılar, amma dedi ki, uzanmıram burada, öz ayağı ilə evə gəldi. Elə bil əzrayıl onu evdə gözləyirmiş. Qaraciyər, böyrək və dalaqları şişmişdi. Bacısına dedi, telefonu gətir, Şah İsmayıl Xətainin həyatını qoy. Sən demə, Şah İsmayıl Xətai də hansısa ayın 23-ü ölüb. 5 dəqiqə ona baxmışdı, bir də gördüm çağırır, qaçdıq. Gördüm ki, Aydın yoxdur, getdi. Ağzına, burnuna nəfəs verdim, gördüm, yox... Təcili yardım çağırdıq, gec idi.

Dünyasını dəyişənə qədər onunla fəxr etmirdim. İndi onunla fəxr edirəm".


Xəbəri paylaş

5268 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___