Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Oruclu halda öpüşmək olarmı? – İlahiyyatçı alimdən vacib AÇIQLAMA
Tarix: 11-05-2019 | Saat: 18:31
Bölmə:Karusel / Maraqlı / M2 | çapa göndər


Ramazan ayı ərəfəsində orucu batil edən məqamlar barədə insanların ən çox maraqlandığı suallardan biri də öpüşlə bağlıdır. İstənilən bir şəxsi öpmək və ya öpüşmək orucu batil edirmi?
Türkiyəli ilahiyyatçı alim Nihat Hatipoğlu mövzu ilə bağlı suallara cavablandırıb.
Professorun açıqlamasını təqdim edirik:


- Hansı halda öpüşmək orucu pozur?
- Həyat yoldaşınızın yanağından öpmək, əzizləmək, qucaqlaşmaq  olar. Bunlar ən təbii hisslərdir. Heç bir problemi yoxdur. Hz.Peyğəmbərin də buna icazə verdiyini bilirik. Ən vacibi isə əndazəni aşmamaqdır.

Orucu nələr pozmur?

1. Oruclu olduğunu unudaraq yeyib, içmək
2. Qeyri-ixtiyari mədədən ağıza su gəlməsi
3. Oksigen balonu ilə dərmansız süni hava almaq
4. Qusmaq
5. Göz linzası və göz dərmanı istifadə etmək
6. Yuxudayəkən qeyri-ixtiyari boşalma
7. Diş oyuğuna dərman qoymaq
8. Ətir sitifadə etmək, iyləmək
9. Morfisiz, iynəsiz diş çəkdirmək
10. Udmadan yeməyin dadına baxmaq
11. Diş arasında qalan kiçik yemək qırıntıları udmaq.
12. Qan vermək
13. Qulağa su getməsi
14. Çimmək, yəni qüsl almaq.
15. Çatlaq dodağa və yaxud ələ krem çəkmək
16. Qaş aldırmaq, bığ kəsdmək, təraş olmaq, epilyasiya olunmaq orucu pozmaz
17. Ağrıkəsici, sakitləşdirici və bu kimi iynələr vurmaq orucu pozmur. Bədəni qüvvətləndirən iynə və sistem orucu pozur.
Orucu batil edən əməllər
1. Cinsi əlaqə. Bu orucu pozan ən böyük günahdır. Kəffarəsi — ardıcıl 60 gün oruc tutmalıdır, əgər bunu da bacarmasa altmış kasıbı yedirtməlidir.
2. Masturbasiya (istimna).
3. Heyz. Günün istənilən vaxtında heyz başlayarsa, qadının orucu pozular.
4. Qusmaq. Lakin qeyri-ixtiyari olaraq qusmaq orucu pozmaz.
5. İmalə (klizma)


Xəbəri paylaş

7288 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___