Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Deputatın qovdurduğu popkorn satan oğlan TAPILDI
Tarix: 09-05-2019 | Saat: 14:14
Bölmə:Karusel / Gündəm | çapa göndər


Bir neçə gündür Azneft meydanının yaxınlığındakı keçiddə popkorn satan oğlanla bağlı geniş müzakirələr aparılır.
Təhsil Nazirliyinin əməkdaşları onu tapıblar.
Bu barədə Təhsil Nazirliyinin  mətbuat katibi Cəsarət Valehov bildirib.


Onun sözlərinə görə, həmin oğlanın kimliyi də müəyyənləşdirilib:


“Təhsil Nazirliyi rəhbərliyinin tapşırığı ilə həmin gənci tapdıq. Seyfullayev İsrafil Vüqar oğlu 2002-ci ilin noyabrında Biləsuvar rayonunun Günəşli kəndində anadan olub. 17 yaşı var. 2017- ci ildə IX - cu sinfi, icbari təhsil mərhələsini bitirib. Hazırda təhsil almır, Binəqədidə yaşayır.
Əmək Məcələsi 15 yaşından sonra işləmək hüququ verir.
İsrafilin arzusuna uyğun olaraq peşə məktəbinə qəbul olunması üçün ona təklif ediləcək”.


Qeyd edək ki, deputat Rasim Musabəyov mayın 7-də “Azneft” meydanı ərazisində yerləşən yeraltı keçiddə bir uşağın popkorn satmasına etiraz edərək, onun vergidən yayındığını, ətrafı popkorn qoxusu bürüdüyünü deyib və müvafiq qurumlara sosial şəbəkədə tədbir görmələri üçün çağırış edib.  

Deputatın iradından sonra həmin oğlan popkorn aparatı ilə birlikdə yeraltı keçiddən uzaqlaşdırılıb. 


Xəbəri paylaş

5438 dəfə oxunub.

Digər xəbərlər
13-11-2016, 13:46 Bakı metrosunda ölüm

bütün xəbərlər
____ Instagram ___