Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bakıda tanınmış həkimi və arvadını öldürdülər
Tarix: 8-05-2019, 13:54 | Saat: 15:47:00
Bölmə:Karusel / Gündəm / Hadisə / M2 | çapa göndər

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən İlqar Xancanovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
"Xəbəraz.Az" "Report"a istinadə xəbər verir ki, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə iki polis əməkdaşı ifadə verib.
Onlar bildiriblər ki, hadisə günü yolda İ.Xancanovun idarə etdiyi avtomobilə “saxla” işarəsi veriblər, lakin sürücü maşını saxlamayıb: “Bir qədər gedəndən sonra avtomobilin təkəri partladı. Biz ora yaxınlaşıb, maşının başqajını açanda iki nəfərin meyitini gördük”.
Suallara cavab verən İ.Xancanov söyləyib ki, avtomobildə olan şəxslərdən biri Arzu Şuşalı həmin vaxt dünyasını dəyişməyib: “İstəyirdim ki, onun həyatını xilas edəm”.
Daha sonra məhkəmə istintaqının başa çatdığı elan olunub. Prokuror çıxış üçün məhkəmədən vaxt istəyib.
Məhkəmənin növbəti iclası mayın 13-nə təyin edilib.
Qeyd edək ki, hadisə ötən ilin iyul ayında Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində baş verib. Həmin ərazidə 1968-ci il təvəllüdlü İ.Xancanov bağban işlədiyi bağ evinin sahibi Arzu Şuşalını və həyat yoldaşı Dilarə Əhmədovanı bıçaqlayıb. Qadın aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.
Tanınmış həkim olan və təqaüdə çıxmış A.Şuşalı isə xəstəxanaya çatdırılıb. Lakin onun da həyatını xilas etmək mümkün olmayıb.


2708 dəfə oxunub.
<>
Ömərov Toğrul İsgəndər oğlu. Uşaq Cərrahı PhD. Qəbula yazılmaq +994506729224. Usaqcerrahi.az
Əlaqə üçün: (WhatsApp) +994506729224 (İnstagram.com)⬇ ➡@rtogrulomarov_ushaq_cerrahi

Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}
bütün xəbərlər
____ Instagram ___