Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
"Ölsəm, öz kəndimə aparsınlar, Fəxri Xiyabanda dəfn olunmağımın əleyhinəyəm..." - Rəşid Mahmudov
Tarix: 07-05-2019 | Saat: 16:35
Bölmə:Karusel / Maraqlı | çapa göndər

"Ölsəm, öz kəndimə aparsınlar, Fəxri Xiyabanda dəfn olunmağımın əleyhinəyəm..." - Rəşid Mahmudov
Xəbər verdiyimiz kimi, tanınmış şair Dəmir Gədəbəyli uzun sürən xəstəlikdən sonra dünən dünyasını dəyişib. 

Şairin yerlisi, tanınmış ictimai xadim, Tibb Universitetinin (ATU) dosenti Rəşid Mahmudov moderator.az-a açıqlamasında bildirib ki, D.Gədəbəyli ilə vida mərasimi bu gün keçiriləcək:

“Dəmir Gədəbəyli ilə vida mərasimi bu gün keçiriləcək və sonra Xırdalan qəbiristanlığında dəfn ediləcək. Mən də indi ora gedirəm. D.Gədəbəyli dünyəvi bir şair idi. Biz bir məktəbdə oxumuşuq və o, məndən bir sinif aşağıda təhsil alırdı. O, səksən illiyini də xəstə olduğu üçün Türkiyədə keçirdi. Bir az xasiyyət baxımından fərqli adam idi, hər adamla yola getmirdi. Əslində şair də belə olmalıydı, şair dövrünü qamçılayan hər şeyi yazmalıdır. Onun 200-ə yaxın şeirinə bəstəkarlar mahnı bəstələyib. Gecə-gündüz şeir yazırdı, 51-dən çox kitabın müəllifidir. O, adi bir şeir yazmırdı”. 

R.Mahmudov Fəxri Xiyabanda dəfn olunmağın onun üçün əhəmiyyət kəsb etmədiyini bildirdi:

“Bəziləri deyir ki, Dəmiri İkinci Fəxri Xiyabanda dəfn etsinlər, amma mən belə şeylərin əleyhinəyəm. Bu bölgünü kim edib bilmirəm. Mən ölsəm, demişəm ki, öz kəndimdə dəfn etsinlər. Adamın öz doğulduğu torpaqdan doğma yer yoxdu. Harda dəfn olunsan elə həmin adamsan. Səməd Vurğun deyir ki:

Böyük məzara da zinətdi insan,
məzarda da insandırsa, o, zinətdir...”


Xəbəri paylaş

5418 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___