Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Ölkə başçısının 10 gün əvvəl səsləndirdiyi kəskin tənqidlər cavabsız qaldı.
Tarix: 22-07-2015 | Saat: 13:15
Bölmə:Karusel / İqtisadiyyat / M2 / Fotogalereya | çapa göndər

Ölkə başçısının 10 gün əvvəl səsləndirdiyi kəskin tənqidlər cavabsız qaldı.
“AZAL biletlərinə 20 faiz endirim tətbiq edilməsindən sonra da başqa ölkələrə uçmaq üçün Tiflisə gedən Azərbaycan vətəndaşlarının sayı heç də azalmayacaq”. ANS PRESS-in məlumatına görə, bu barədə nəqliyyat üzrə ekpert Ərşad Hüseynov avqustun 1-dən "Azərbaycan Hava Yolları" QSC-nin bəzi istiqamətlər üzrə biletlərin 30%-inə 20% endirim tətbiq edəcəyi barədə yaydığı xəbəri şərh edərkən bildirib.

Məsələ bundadır ki, "Azərbaycan Hava Yolları" (AZAL) QSC bu addımı könüllü şəkildə atmayıb. AZAL-ın qiymətlərinin yüksək olması ilk dəfə iyulun 13-də Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr edilmiş iclasda dövlət başçısı İlham Əliyev tərəfindən kəskin tənqid edilmişdi: “Aviabiletlərin qiyməti bəzi hallarda süni şəkildə qaldırılır. Sual olunur: nəyə görə? Nə üçün?.. Azərbaycan yanacağı xaricdən almır, özü istehsal edir. Başqa ölkələrə nisbətən ağ neft ucuz qiymətə verilir axı! AZAL dövlət tərəfindən böyük subsidiyalar alır. Bütün təyyarələr dövlət büdcəsinin vəsaiti hesabına alınır, bütün aeroportlar dövlət hesabına tikilir, bütün şərait dövlət hesabına yaradılır. Nəyə görə biletlərin qiyməti başqa ölkələrə, şəhərlərə nisbətən baha olmalıdır? Nə üçün?”.

Prezidentin bu cür kəskin çıxışının ciddi əsasları var. İndi Bakıdan hətta İstanbula uçmaq üçün Tiflisə üz tutanlar çoxdur. Səbəb aydındır, təyyarə biletlərinin qiymətində iki dəfəyə qədər fərq var. Məsələn, sabahkı tarixə - iyulun 23-ünə Bakıdan İstanbula bir baş gediş üçün Atatürk hava limanına ən ucuz bilet 192 avroya təklif edilir. Amma həmin tarixə Tiflisdən Atatürk hava limanına gediş-gəliş biletini 166 avroya həll etmək mümkündür.

Səfəri bir az təxirə salıb avqustun 15-dən uçmağı qərara aldıqda isə gediş-gəliş biletini 144 avroya salmaq olar. AZAL-da isə həmin tarix üçün İstanbulun Atatürk hava limanına bilet 280 avroya təklif edilir.

Bu, nəinki Azərbaycanın qərb bölgələrinin, hətta paytaxt Bakının sakinlərini belə xarici səfərlərə Gürcüstan paytaxtından getməyə meylləndirir. Bakıdan Tiflisə avtobusla gediş də elə baha deyil, 10-12 manata gecə saat 12-də avtobusa minib, səhər saat 09-də Tiflis hava limanına çatmaq mümkündür.


Tiflis hava limanı


Bəlkə də elə bu səbəbdəndir ki, iyulun 21-də qapalı kollegiya iclası keçirən "Azərbaycan Hava Yolları" QSC aşağı büdcəli sərnişindaşıma xəttinə avqustun 1-dən Bakı - Antalya - Bakı, sentyabrın 1-dən isə Bakı-İstanbul-Bakı reyslərini daxil edib. Oktyabr ayından isə bu sıraya Moskva və Dubay reysləri də daxil olacaq.

AZAL-ın açıqlamasından belə aydın olur ki, sentyabrın 1-dən İstanbulun Atatürk hava limanına gediş-gəliş biletini 230 avroya əldə etmək mümkün olacaq. Məhz buna görə Ərşad Hüseynov 20 faiz ucuzlaşmanı bazara təsir edəcək qədər yetərli saymır: “Bu, Tiflisə gedənlərin sayını azaltmayacaq. Sərnişinlərin bir qismi, xüsusilə də gənclər 10 manat aşağı qiymətə görə başqa ünvana üz tuta bilərlər. Burada isə yenə də 80 avroya qədər aşağı qiymətdən söhbət gedir”.

Nəqliyyat ekspertinin fikrincə, sözügedən reyslərin biletlərinin 30 faizinə edilən endirimlər heç də sadə vətəndaşlara fayda verməyəcək: “Dövlət təşkilatları, bir sıra iri şirkətlər, ezamiyyətə gedən məmurlar məcburi şəkildə AZAL-ın xidmətlərindən istifadə etməlidirlər. Təbii ki, onlara ayrılan büdcə biletin ən aşağı qiymətinə uyğun gəlir. Bu məcburiyyət onları ən ucuz biletləri götürməyə vadar edəcək. Nəticədə, geniş sərnişin kütləsi bu ucuzlaşmadan yararlana bilməyəcək. Bütün bu problemlər AZAL-ın inhisarçı olmasından qaynaqlanır. "Azərbaycan Hava Yolları" QSC bazara daha ucuz qiymətə xidmət göstərən şirkətləri də buraxmalıdır ki, rəqabət durumu təmin edilsin”.

Göründüyü kimi, "Azərbaycan Hava Yolları" QSC-nin aşağı büdcəli sərnişindaşıma xətti yaratmaq niyyəti heç də ölkə başçısının iyulun 13-də səsləndirdiyi iradlara cavab vermir. Həm də ucuzlaşmanın yalnız İstanbul, Antalya, Moskva və Dubay reyslərinə deyil, Azərbaycan vətəndaşları arasında populyar olan Qərbi Avropa reyslərinə də şamil edilməsi çox vaciblir. Axı AZAL kimi aldadır?


Xəbəri paylaş

8398 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___