Polis milyarder Məmişovun limuzinini saxladı
Tarix: 03-05-2019 | Saat: 14:46
Bölmə:Karusel / Dünya / Xəbəraz TV | çapa göndər
Bu günlərdə Sankt-Peterburq polisi azərbaycanlı milyarder Vaqif Məmişovun limuzinini saxlayıb, amma çox keçmədən bu hərəkətinə görə peşiman olub.
“Fontanka” portalının bu hadisənin şahidi olan Sergey adlı oxucusu həmin səhnənin videokadrlarını təqdim edib.
Belə ki, “Rolls-Royce Phantom” limuzini “Land Cruiser” markalı cipin müşaiyəti ilə “Giriş qadağandır” nişanının tələbini pozaraq İsaakiyevsk kilsəsi ilə “Four Seasons” otelinin arasındakı küçəyə daxil olub. Korteji Yol Patrul Polisinin üç avtomobili dərhal limuzini əhatəyə alıb.
Gerisini Sergey danışır: “Sürücüdən sənədləri götürdülər. Sərnişin mühafizəçilərin müşaiyəti ilə otelə daxil oldu. 10 dəqiqə sonra sənədləri qaytardılar və avtomobil getdi. Yol Patrul Polisinin əməkdaşlarına mühafizəçilərdən biri yaxınlaşdı və soruşdu: “Sizdə hər şey qaydasındadır?”. O da başını yellədi”
Mavi rəngli, A001AA178 dövlət nömrə nişanlı “Rolls-Royce” 30 yaşlı Arzu Vaqif qızı İsmayılovun adına qeydiyyatdadır. Həmin şəxsin adına yol hərəkəti qaydalarının pozulmasına görə beş cərimə protokolu qeydə alınıb.
Elə həmin “Rolls-Royce” əvvəl Vaqif Məmişovun qohumu, Sankt-Peterburq meriyasının gənclər siyasəti komitəsinin sədr müavini, 31 yaşlı Nizami Məmişovun adına qeydiyyatda idi.
Xəbəri paylaş
8758 dəfə oxunub.
Digər xəbərlər

6-06-2017, 13:30
Bakıda üzərində PKK-nın bayrağı və “Kürdüstan” xəritəsi olan hərbi geyimlər satılır – FOTO
16-08-2022, 12:41
Xaricə gedən azərbaycanlıların sayı 2 dəfə artıb
15-03-2017, 13:24
“Onlara uduzmaq da şərəfdir” - Rövnəq Abdullayev
11-11-2017, 12:27
Polis əməkdaşlarının öldüyü qəza ilə bağlı RƏSMİ AÇIQLAMA
16-10-2023, 09:11
Cinsi gücü artırmaq üçün... - Məşhur professor Saraçoğlu açıqladı - FOTO
5-10-2022, 10:51
Naxçıvanda 5 bal gücündə zəlzələ olub - YENİLƏNİB
4-01-2016, 12:03
Jennifer Lopesdən yeni film (VİDEO)
30-03-2017, 12:30
Əhmədinejat: “ABŞ yeni müharibəyə başlayır”