Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Piyadanı vurub qaçan sürücü saxlanıldı
Tarix: 30-04-2019 | Saat: 16:44
Bölmə:Karusel / Hadisə / M2 | çapa göndər

Piyadanı vurub qaçan sürücü saxlanıldı


Neftçala rayon polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törədərək hadisə yerindən qaçmış sürücü tutularaq istintaqa cəlb edilib.
Daxili İşlər Nazirliyi və Baş Prokurorluqdan daxil olan birgə məlumata görə, aprelin 27-də Neftçala şəhəri, M.Ə.Sabir küçəsində naməlum avtomobillə piyada Novruz Babayevin vurulması nəticəsində sonuncunun aldığı xəsarətlərdən vəfat etməsi və sürücünün hadisə yerindən qaçması faktına görə Neftçala rayon Polis Şöbəsinin İstintaq Qrupunda Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol-nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb, zəruri ekspertizalar təyin edilib.
Aparılmış təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində hadisənin əvvəllər məhkum olunmuş Azər Rzayev tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının kobud surətdə pozularaq idarə etdiyi “Opel Astra” markalı, 47-BC-634 dövlət qeydiyyat nişanlı avtomobillə törədilməsinə, eləcə də onun hadisə yerindən qaçmasına əsaslı şübhələr müəyyən edilib.
A.Rzayevə Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.


Xəbəri paylaş

4088 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___