Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Corabları qurutmaq üçün qazana, qazanı isə qızdırıcının üstünə qoydu - Qonşular FHN ÇAĞIRDI
Tarix: 29-04-2019 | Saat: 11:10
Bölmə:Karusel / Hadisə / Foto-fakt | çapa göndər

Corabları qurutmaq üçün qazana, qazanı isə qızdırıcının üstünə qoydu- Qonşular FHN ÇAĞIRDI

Bakıda bir mənzilin tüstüləməsi qonşuları ciddi təşvişə salıb.
"Xəbəraz.Az"-ın  xəbərinə görə, Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsində yerləşən hündürmərtəbəli yaşayış binasının 7-ci mərtəbəsində yanğın olması barədə Fövqəladə Hallar Nazirliyinə (FHN) məlumat daxil olub.
Əraziyə dərhal yanğından mühafizə bölmələri, polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub. Qonşular yanan mənzilin sahibinin evdə olduğunu bildiriblər. Dərhal xilasetmə əməliyyatına başlanılıb. Tüstülənmə müşahidə olunan evin sahibi çağırışlara cavab vermədiyindən mənzilin qapısı xüsusi alətlərlə açılıb.
Yanğının kəşfiyyatı zamanı evdə bir nəfər aşkar edilib. Həmin şəxs mənzildən çıxarılan zaman ayılıb. Məlum olub ki, ev sahibi tüstüdən zəhərlənməyib, sadəcə dərin yuxuya getdiyindən evin yanmasından xəbərsiz olub. Hətta qapının sındırılması və ətrafdakı səs-küy də onu yuxudan oyatmayıb. Mənzildən çıxarılan şəxs xilas edildiyinə görə təşəkkür etmək əvəzinə, mənzilinin qapısının sındırılmasını əsas gətirərək, hər kəsi məhkəmə ilə hədələyib.
Baş vermiş yanğının səbəbinə gəlincə, məlum olub ki, ev sahibi yuduğu corabları qurutmaq üçün bir qazana, qazanı da qızdırıcının üstünə qoyub. Özü isə bu vaxt yuxuya gedib. Qızdırıcının üstündə qalan corablar sonradan yanaraq güclü tüstülənməyə səbəb olub.
Baş vermiş hadisə ilə bağlı ev sahibinin izahatı alınıb. Onun 1969-cu il təvəllüdlü İmanov Nəriman İsa oğlu olduğu, həmin mənzildə isə kirayədə yaşadığı müəyyənləşib. Hadisə vaxtı isə o, sərxoş vəziyyətdə olub.


  • Corabları qurutmaq üçün qazana, qazanı isə qızdırıcının üstünə qoydu- Qonşular FHN ÇAĞIRDI



Xəbəri paylaş

4228 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___