Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Azaraq Ermənistan tərəfə keçən azərbaycanlı əməliyyat edildi
Tarix: 26-04-2019 | Saat: 12:34
Bölmə:Karusel / Gündəm | çapa göndər

Azaraq Ermənistan tərəfə keçən Azərbaycan vətəndaşı İbrahimov Elvin Arif oğlu ötən gün Yerevandakı xəstəxanalardan birində əməliyyat olunub.
News.am xəbər verir ki, bununla bağlı Ermənistan Ədliyyə Nazirliyi məlumat yayıb. 
Bildirilib ki, əməliyyat zamanı xəstənin mədəsindən yad cisim çıxarılıb. Onun vəziyyətinin yaxşı olduğu qeyd edilib. 
Xatırladaq ki, Qazax rayonunun Yuxarı Salahlı kənd sakini, 1986-cı il təvəllüdlü İbrahimov Elvin Arif oğlu cari il mart ayının 15-dən 16-na keçən gecə Qazax rayonunun Ermənistan Respublikası Noyemberyan rayonu ilə sərhəd xəttində yolu azaraq qarşı tərəfə keçib.
E.İbrahimov sərhədi keçərkən Ermənistan hərbçiləri tərəfindən açılmış atəş nəticəsində yaralanıb. Aidiyyəti beynəlxalq təşkilatlar E.İbrahimovun yaralanması və Ermənistan hərbçiləri tərəfindən saxlanılması faktını təsdiq edərək həyatı üçün təhlükənin olmadığını bildiriblər.


Xəbəri paylaş

5958 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___