Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
"Qarabağ" "Qəbələ"ni məğlub etdi
Tarix: 07-04-2019 | Saat: 16:54
Bölmə:Karusel / İdman / M2 | çapa göndər

"Qarabağ" "Qəbələ"ni məğlub etdi

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIII turun daha bir oyunu keçirilib.
"Xeberaz.Az-ın məlumatına görə, turun mərkəzi  "Qəbələ" və "Qarabağ" komandaları üz-üzə gəlib. Qəbələ şəhər stadionunda təşkil olunmuş qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb - 2:1. 
Hesabı 3-cü dəqiqədə "Qarabağ"ın müdafiəçisi Donald Gerrye açıb. 23-cü dəqiqədə Rauf Əliyev bərabərlik qolunu vurub. 79-cu dəqiqədə Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov Dani Kintananın əvəzinə Araz Abdullayevi meydana buraxıb. Abdullayev oyuna daxil olduqdan 3 dəqiqə sonra qələbə topuna imza atıb.
Bu qələbə sayəsində "Qarabağ" xallarını 51-ə çatdırıb və "Neftçi" ilə yenidən şərikli lider olub. "Qəbələ" isə 30 xalla 4-cü pillədə qalıb.
Qeyd edək ki, turun ilk oyun günündə "Sumqayıt" "Keşlə"ni 2:1, "Neftçi" "Zirə"ni 4:2 hesabı ilə məğlub edib. Tura saat 16:30-da başlanacaq "Sabah" - "Səbail" matçı ilə yekun vurulacaq.


Xəbəri paylaş

5538 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___