Qadını öldürüb qaçan “Kamaz” sürücüsü həbs olundu
Tarix: 04-04-2019 | Saat: 12:29
Bölmə:Karusel / Gündəm / Hadisə / M2 | çapa göndər
Baş Prokurorluq və Daxili İşlər Nazirliyi (DİN) Bakıda ölümlə nəticələnən yol qəzası ilə bağlı məlumat yayıb.
"Xeberaz.Az"-a daxil olan birgə məlumatda deyilir: "Polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində paytaxtın Qaradağ rayonu ərazisində yol nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud surətdə pozaraq insan ölümünə səbəb olan və hadisə yerindən qaçan sürücü müəyyən edilərək istintaqa cəlb olunub. Belə ki, aprelin 1-də Bakı-Qazax avtomobil yolunun Qaradağ rayonu Ələt qəsəbəsi ərazisindən keçən hissəsində naməlum avtomobilin sürücüsü yolun kənarında dayanmış piyada 1988-ci il təvəllüdlü Əfsanə Qurbanovanı vuraraq hadisə yerindən qaçıb, Ə.Qurbanova isə aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və Təhqiqat Şöbəsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib və digər zəruri istintaq hərəkətləri yerinə yetirilib.
Aparılmış istintaqla hadisənin Məzahir Sadıqov tərəfindən “Kamaz-5511” markalı avtomobillə yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud surətdə pozaraq törədilməsinə, daha sonra yol-nəqliyyat hadisəsi yerindən qaçmasına əsaslı şübhələr müəyyən edilib.
Aprelin 3-də M.Sadıqova Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Xəbəri paylaş
4268 dəfə oxunub.
Digər xəbərlər

2-11-2017, 10:47
"Qoca" və daha bir nəfər öldürüldü - RƏSMİ AÇIQLAMA
29-03-2017, 11:07
Tarif Şurasına yeni səlahiyyət verildi
9-04-2018, 18:27
Ərzaq məhsulları bahalaşıb - RƏSMİ
17-05-2019, 11:59
“Avroviziya”da bayrağımızı tərs yapışdırdılar
10-02-2017, 10:35
İranlı kainat gözəlini rədd edən Burak Özçivitdən SƏRT MESAJ - FOTOLAR
18-12-2020, 10:00
Bakı sakinlərinə XƏBƏRDARLIQ - Küçəyə çıxmayın!
11-05-2015, 17:55
İraq hərbçiləri hücümunun qarşısını alaraq 73 yaraqlını məhv edib.
12-04-2015, 21:09
Taksilər niyə sarı rəngdə olur?
24-03-2015, 15:26
Bayatılar