Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
"Qarabağ" "Sumqayıt"ı böyük hesabla məğlub etdi
Tarix: 01-04-2019 | Saat: 21:11
Bölmə:Karusel / İdman / M2 | çapa göndər

"Qarabağ" "Sumqayıt"ı böyük hesabla məğlub etdi

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXII turun son oyunu keçirilib. 
"Xeberaz.Az" xəbər verir ki, autsayder "Sumqayıt" "Kapital Bank Arena"da son 5 mövsümün çempionu "Qarabağ"ı qəbul edib.
Görüşdən əvvəl hər iki komandanın ifasında Aprel döyüşlərinin üçüncü ildönümü münasibətilə tədbir təşkil olunub. Lakin görüş heç də dostcasına keçməyib. "Qarabağ" hər hissədə 3 top vuraraq 6:0 hesabı ilə qalib gəlib.
Hesabı 17-ci dəqiqədə Dani Kintana açıb. 20 və 40-cı dəqiqələrdə Mahir Mədətov fərqlənərək "dubl" edib.
Darmadağına 50-ci dəqiqədə Filip Ozobiç qoşulub. Oyunda son sözü isə 78 və 84-cü dəqiqələrdə Abdullah Zubir deyib.
Bu qələbə sayəsində xallarını 48-ə çatdıran "Qarabağ" "Neftçi"nin liderliyinə şərik olub. "Sumqayıt" isə 17 xalla 8-ci pillədə qalıb.
Qeyd edək ki, turun digər görüşlərində "Səbail" səfərdə "Zirə"ni 2:1, "Neftçi" "Keşlə"ni 1:0 hesabı ilə məğlub edib. "Qəbələ" - "Sabah" matçında isə hesab açılmayıb.







Xəbəri paylaş

4158 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___