Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Axund Hacı Kamranın öldürülməsi ilə bağlı şok faktlar - Qardaşını məscidə niyə buraxmırdı?
Tarix: 01-04-2019 | Saat: 14:48
Bölmə:Karusel / Gündəm / Hadisə | çapa göndər

Axund Hacı Kamranın öldürülməsi ilə bağlı şok faktlar - Qardaşını məscidə niyə buraxmırdı? - FOTO
Bakı şəhərinin Sabunçu rayonunda baş vermiş dəhşətli qətllə bağlı bəzi məqamlar üzə çıxıb.

Zabrat qəsəbəsində böyük qardaşı Hacı Kamran Şamilovu tüfənglə güllələyərək öldürən Hüseynbala Şamilov tutulub.

İlkin araşdırmalar zamanı məlum olub ki, Hacı Kamran Şamilov Zamratdakı məscidin axundudur və din xadimi kimi tanınıb. O, həm də İran və İraqdakı müqəddəs məkanlara səfərlərin təşkili ilə məşğul olan şirkətin rəhbəri imiş.

Hadisənin baş vermə səbəbinə gəlincə Hüseynbaba Şamilov bildirib ki, böyük qardaşı ilə 4-5 il imiş ki, ədavəti varmış. Onun sözlərinə görə, Hacı Kamran onu məscidə buraxmırmış. Səbəb isə Hüseynbalanın məscidin tikintisi zamanı səhvə yol verilməsini bildirməsi, qiblənin istiqamətinin düzgün olmamasını və mehrabın islam qaydaları çərçivəsində yerləşdirilməməsini danışması olub. 

Bundan sonra Hacı Kamran kiçik qardaşının məscidə daxil olmasına qadağa qoyub. Hacı Hüseynbala onu da bildirib ki, qardaşı mütəmadi olaraq onu təhqir edib, insanların arasında xoşagəlməz sözlər deyib və döyüb. Hacı Kamranın "Sən qibləni satansan” deməsindən sonra isə o, köhnə ədavətlərin də təsiri altında qardaşını güllələyərək öldürmək qərarına gəlib.

Sabunçu rayon Prokurorluğunda başlanmış cinayət işinin istintaqı davam etdirilir.

Qeyd edək ki, sözügedən şəxslər tanınmış dindar, eyni zamanda Azərbaycan İslam Partiyası sədrinin sabiq müavini olmuş Hacı Mehdinin qardaşlarıdır.


Xəbəri paylaş

8098 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___