Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
"FF Group Company" şirkəti İşçiləri ölümlə üzbəüz qoydu...
Tarix: 31-03-2019 | Saat: 00:54
Bölmə:Karusel / İqtisadiyyat / M2 / Həftə-Reytinq | çapa göndər


 
Azərenerji Layihə tədqiqat İnstitutunun Bakı Şəhər 20 yanvar dairəsindəki əsas inzibati binasının əsaslı təmiri və yenidən qurulması məqsədilə Tenderdə qalib gəlmiş "FF Group Company"  şirkəti adıçəkilən Enerji obyektində çoxsaylı işçilərlə burada müxtəlif işləri həyata keçirirlər. Özü də təhlükəli formada. Şənbə və bazar günü də qeyri-iş günü olmasına baxmayaraq adıçəkilən şirkət Azərenerji layihə -tədqiqat İnstitunun inzibati binasının fasad hissələrində və daxilində təhlükəli şəkildə , əməyin mühafizəsi qaydalarının da çox kobud şəkildə pozulmasına yol verməklə yanaşı, işçilərin həyatını təhlükə altına da atır. Metronun 20 yanvar stansiyası çıxışından da bu təhlükəli mənzərəni açıq aydın görmək mümkün oldu. 
Binanın yan fasad örtüyünün təmiri məqsədilə quraşdırılan dəmirayaqaltıda işləyən gənc işçilər təhlükəsizlik kəməri və dəbilqə olmadan bir mərtəbədən digər hündür mərtəbələrə aşağıda dayanan nəzarətçilərin "əmr və komandaları" vasitəsilə həmin ayaqaltının tək boru dirəyindən dırmaşması tapşırığını verirdi. Özü də işçinin belində hər hansı bir bərkitmə vəya təhlükəsizlik kəməri olmadan. Bu isə qətiyyən yolverilməz haldır.    Bu baş verənlərə digər bağlı ən maraqlı anlar isə ondan ibarət oldu ki, bu yolverilməz halı onların xatirinə çatdırsaq da bu azmış kimi, sizə təqdim edəcəyimiz bu videoçarxda əks olunan üçayaqlı ştabrikli ölçmə mexanizminin arxasında dayanan mühəndis bir daha o təhlükəli işləyən  həmin işçiyə növbəti mərtəbəyə yenə də təhlükəli qalxmaq tapşırığını verirdi. Onun ətrafında dayanan, adını isə bildirməyən bu ağfəbilqəli gənc mütəxəssis isə bu iradları düzəltmək əvəzinə bizə irad tuturdu. 
Baş verənlərlə bağlı həmin işçi qrup rəhbərini axtarmalı olduq. Səbuhi adlı şəxs bizə bir nəzarətçi rəhbər olaraq bu işlərin Əmək müfəttişliyinin yoxlaması və onların işləri səlahiyyətində olduğunu bizə tövsiyyə etdi. Nə deyirik, qoy olsun . Onu da  sonda xüsusilə bu işlərə rəhbərlik edən  Səbuhi bəyin və Murad müəllimin nəzərinə bir daha çatdırırıq ki, Əməyin Mühafizəsi və təhlükəsizliyi qaydalarının pozulmasına görə məsuliyyət təkcə tətbiq olunacaq 1000 manatdan 2min manatadək olan cərimə məbləğini əhatə etmir. Bu təhlükəli vəziyyət zamanı işçinin həyatına son qoyulma ilə nəticələnməsi artıq inzibati deyil, birbaşa olaraq Cinayət Məsuliyyətini yaratmış olacaq. Deməyi və xatırlatmağı bizdən, bir rəhbər vəya vəzifəli şəxs olaraq əməl etməyi isə FF GROUP COMPANY şirkətindən!.
Mövzunu diqqətdə saxlayırıq.


Xəbəri paylaş

6588 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___