Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Sabah hava necə olacaq? -PROQNOZ
Tarix: 22-03-2019 | Saat: 15:21
Bölmə:Karusel / Gündəm | çapa göndər

Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb.Ekologiya Və Təbii Sərvətlər Nazirliyindən Martın 23-də  Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var.
Şimal-qərb küləyi gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu  gecə 5-7 dərəcə isti, gündüz  9-13 dərəcə isti,
Bakıda gecə 5-7, gündüz  10-12 dərəcə  isti təşkil edəcək.
Atmosfer  təzyiqi 765  mm civə sütunundan 760 mm civə sütununa enəcək.
Nisbi rütubət gecə 70-75 dərəcə, gündüz 55-60 dərəcə olacaq.
Rayonlarda da əsasən yağmursuz hava olacaq.  
Gecə və səhər bəzi yerlərdə duman olacağı, şərq rayonlarında çiskinli yağış yağacağı gözlənilir.
Lakin axşama doğru isə bəzi qərb rayonlarında yağış yağacağı ehtimalı var. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3-8 , gündüz 12-17 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz  5-10  dərəcə isti təşkil edəcək.


Xəbəri paylaş

5538 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___