Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Afaq Aslan tələbələrin qarşısına yarıçılpaq çıxdı -Universitetdən AÇIQLAMA
Tarix: 16-03-2019 | Saat: 16:33
Bölmə:Karusel / Gündəm | çapa göndər


 
Ötən gün müğənni Afaq Aslanın Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) təşkil olunan Novruz şənliyində iştirakı sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Onun Novruz şənliyində tələbələrin qarşısına açıq-saçıq geyimdə çıxması narazılıqla qarşılanıb və sosial şəbəkə istifadəçiləri tərəfindən tənqid edilib. İstifadəçilər xüsusilə, tədbir təşkilatçılarına irad bildiriblər ki, xanım müğənninin açıq-saçıq geyindiyini bildikləri halda, onu tələbələrin qarşısında çıxışa dəvət ediblər.
Xəbəraz.Az xəbər verir ki, bu haqda AzEdu.az-a danışan ADNSU ictimaiyyətlə əlaqələr və marketinq şöbəsinin rəhbəri Bəhruz Nəzərov isə A. Aslan tələbələrin istəyi ilə tədbirə dəvət edildiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, müğənninin çıxışı proqramın qeyri-rəsmi hissəsində, tələbələrin əyləncəsi üçün nəzərdə tutulan konsertdə olub:

"Hər il universitetdə bayram şənlikləri təşkil olunur. Ötən gün keçirilən Novruz şənliyinin idarəsini Tələbə Həmkarlar Komitəsi öz üzərinə götürüb. Biz konserti təşkil etməsi üçün təşkilatçı şirkətə müraciət etmişik. Həmin şirkət "İnstagram” sosial şəbəkəsində sorğu keçirirərək tələbələrin istəyinə uyğun müəyyən müğənnilərin siyahısını hazırlayıb və Tələbə Həmkarlar Komitəsinə təqdim edib. Beləliklə, tədbirə dəvət alan Afaq Aslan tədbirin konsert hissəsində iştirak edib.

Afaq Aslanın xarici görünüşü, geyim tərzi isə müğənninin özünü maraqlandıran məsələdir. O geyimdə televiziya və digər mətbuat orqanlarında da çıxış edib. Sənətçilərin səhnə geyimləri bir qədər fərqli olur. Qeyd etdiyim kimi, Afaq Aslanı universitet yox, Tələbə Həmkarlar Komitəsi və konsert təşkilatçıları konsertə dəvət ediblər. Onlar da tələbələrin istəyini nəzərə alaraq, belə addım atıblar. Üstəlik, konsertdə təkcə Afaq Aslan yox, muğam və digər musiqi növünün nümayəndələri də çıxış ediblər”.


Xəbəri paylaş

5788 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___