Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Saakaşvilinin “korrupsioner” müşaviri
Tarix: 20-07-2015 | Saat: 13:40
Bölmə:Karusel / Dünya / M2 / Foto-fakt | çapa göndər

Saakaşvilinin “korrupsioner” müşaviri
Odessa qubernatoru baş nazirin qovduğu məmuru komandasına qoşur.
Gürcüstanın keçmiş prezidenti, indi ki, Odessa qubernatoru Mixail Saakaşvilikomandasına qoşur.

ANS PRESS-in məlumatına görə, bu dəfə keçmiş ekologiya naziri İqor Şevçenkoya müşavir vəzifəsi verilib. O, sərmayə layihələri üzrə müşavirlik edəcək.


İqor Şevçenko


Məsələ bundadır ki, bu nazir bir müddət öncə öz vəzifəsini itirmişdi. Buna səbəb isə onun Kiyev yaxınlığındakı neft bazasındakı böyük yanğın zamanı xaricdə istirahət etməsi olub.

"Srağagün Saakaşvilinin dəvəti ilə Odessaya getdim. Odessa vilayəti bu gün doğurdanda modern islahatlar mərkəzinə çevrilib. Biz razılaşdıq ki, mən Saakaşvilinin komandasına ştatdankənar müşavir kimi qoşulum", deyə keçmiş nazir "Facebook" səhifəsində yazıb.

Şevçenkonun sözlərinə görə, o bir neçə konkret sərmayə layihəsinin sürətlə icrasına nəzrəti üzərinə götürəcək.

TASS-ın məlumatına görə, Ali Rada İ.Şevçenkonu iyun ayının əvəllərində ekologiya və təbii sərvətlər naziri vəzifəsindən istefaya göndərib.

Onun istefaya getməsi barədə təşəbbüsü baş nazir Arseni Yasenyuk qaldırıb. Nazirin sözlərinə görə, İqor Şevçenko "iş vaxtı xaricə səfər etməklə dövlət qulluqçusu normalarını pozub". Öz növbəsində hakim koalisiyanın parlamentdəki əlaqələndiricisi Oleq Lyaşko bildirib ki, Rada "tarixi qərar qəbul edib və korrupsioner naziri istefaya göndərib".


Xəbəri paylaş

6158 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___