Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Ermənistan ordusundakı ölüm faktları gizlədilir
Tarix: 06-03-2019 | Saat: 14:59
Bölmə:Karusel / Gündəm / Dünya / Qarabağdan xəbər var | çapa göndər

Ermənistan ordusundakı ölüm faktları gizlədilir.
Bu barədə parlamentin müdafiə məsələləri üzrə komitəsinin sədri Andranik Koçaryan məlumat verib.
Andranik Koçaryan bildirib ki, müdafiə nazirliyinin məsul əməkdaşları il ərzində ölən əsgərlərin sayını düzgün qeydə almırlar. Ümumiyyətlə, son vaxtlar orduda qeyri-döyüş şəraitində ölən əsgərlərin sayında artım müşahidə olunur. Bunun səbəbləri kökündən araşdırmalıdır. Günahı olan istənilən şəxs - istər general, istər zabit və digər hərbiçi öz layiqli cəzasını almalıdır. Onun sözlərinə görə, bu ənənənin əsası Serj Sarkisyanın hakimiyyəti dövründə qoyulub və hələ də davam etdirilir.
Hüquq müdafiəçisi Janna Aleksanyan son bir ildə orduda baş verən neqativ halları şərh edərkən maraqlı faktlar açıqlayıb. O qeyd edib ki, 2018-ci ildə Ermənistan ordusunda özünə qəsd hallarının sayı 21 olub. Ümumilikdə isə orduda ölən əsgərlərin sayı 71-dir. Əgər bir əsgər öz canına qıyırsa, demək bunun arxasında kifayət qədər müəmmalı, şübhəli hallar var. Eyni zamanda əsgər-komandir inamsızlığı, etimadsızlığı mövcuddur və nizamnamədən kənar halların baş verir. Bir hüquqi məsul şəxs kimi deyə bilərəm ki, valideynlər tərəfindən daxil olan şikayətlərin əksəriyyətini komandirlərin sıravi heyət üzərində zorakılıq hallarının olmasıdır. Yəni əsgərlər alçaldılırlar və döyülürlər. Aleksanyan əsgər Yurik Broyanın işgəncələrə məruz qalması faktına da toxunub. Bildirib ki, Broyanın psixi problemi var, əsəb xəstəsidir və onu orduya aparıblar.
Ermənistanda ictimai-siyasi vəziyyət də gərginləşir. İşğalçı ölkədə vətəndaş qarşıdurması gözlənilir. Etiraz aksiyalarında iştirak edən tanınmış şəxslər bu fikirdədilər. Yazıçı-publisist Narek Malyan bu çıxışından sonra bir qrup şəxs tərəfindən hücuma məruz qalıb. 10 ilə yaxın müddətdə Ermənistan Daxili İşlər Nazirliyində müşavir vəzifəsində çalışan Malyan bunun planlı şəkildə edildiyini deyib. Zərərçəkmiş bildirib ki, Paşinyan bu cür hallar barədə dərindən düşünsün. Onun ətrafına topladığı insanların hamısı quldurdur. Aldıqları qrantlar hesabına isə ölkədə istədiklərini edirlər.


Xəbəri paylaş

6428 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___