Azərbaycanda milli sosial şəbəkələrin yaradılması təklif edilir
Tarix: 06-03-2019 | Saat: 11:13
Bölmə:Karusel / Gündəm | çapa göndər
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova gənclərə mənfi təsirin aradan qaldırılması üçün milli sosial şəbəkələrin yaradılmasını zəruri sayır.
H.Hüseynova bildirib ki, ailə dəyərlərimizin təbliğində KİV-in, xüsusilə televiziyanın üzərinə böyük iş düşür.
Komitə sədri bir çox hallarda sosial-məişət mövzulu proqramlarda yalnız cəmiyyətin neqativ tərəflərinin nümayiş olunmasına təəssüfləndiyini söyləyib:
"Halbuki bizim çox sayda nümunəvi ailələrimiz var. Düzdür, ailələrin problemlərini işıqlandırmaq lazımdır, lakin balans pozulmamalıdır. Ən təhlükəli məsələlərdən biri də internetin, sosial şəbəkələrin çox sürətlə ailələrə daxil olmasıdır ki, bu da qarşısı alınmaz bir prosesdir. İnsanlar ailə üzvləri ilə müqayisədə virtual məkanda daha çox vaxt keçirirlər. Bu isə insanları bir-birindən uzaqlaşdırır, övlad-valideyn ünsiyyətində soyuqluq yaradır. Xüsusən də bu, böyüməkdə olan gənclərimizə, onların psixikasına mənfi təsir göstərir, asılılıq yaradır. Eyni zamanda, milli-mənəvi dəyərlərin aşınmasına yol açır. Buna görə də milli sosial şəbəkələrin, portalların yaranmasına və saylarının artırılmasına ehtiyac yaranır. Eyni zamanda, biz uşaqları onların sağlamlığına və inkişafına ziyan vuran informasiyadan qorumalıyıq".
Xəbəri paylaş
3758 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 06-03-2019 | Saat: 11:13
Bölmə:Karusel / Gündəm | çapa göndər
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova gənclərə mənfi təsirin aradan qaldırılması üçün milli sosial şəbəkələrin yaradılmasını zəruri sayır.
H.Hüseynova bildirib ki, ailə dəyərlərimizin təbliğində KİV-in, xüsusilə televiziyanın üzərinə böyük iş düşür.
Komitə sədri bir çox hallarda sosial-məişət mövzulu proqramlarda yalnız cəmiyyətin neqativ tərəflərinin nümayiş olunmasına təəssüfləndiyini söyləyib:
Xəbəri paylaş
Digər xəbərlər
22-05-2019, 10:49
Azərbaycanda məmur işdən çıxarıldı
6-08-2017, 12:59
Azərbaycanda şadlıq sarayında KÜTLƏVİ ZƏHƏRLƏNMƏ
13-07-2021, 10:19
Bunu edənlər 100-800 manat məbləğində CƏRİMƏLƏNƏCƏKLƏR - VİDEO
21-07-2017, 10:58
Türkiyədəki zəlzələnin fəsadları - Fotolar
19-12-2017, 15:59
Məktəblilər Yeni il bayramında neçə gün evdə olacaqlar?
24-07-2018, 17:55
Masazırda 3 gün işıq olmayacaq
16-09-2020, 17:16
Sabah ölkəyə qar yağacaq: səbəb nədir? - Ekoloq
4-06-2017, 17:12
Tramp: "Ağıllı olmasaq, hər şey daha pis olacaq"
25-10-2023, 09:27
Gəncədə dörd aylıq körpəni və üç yaşlı qardaşını küçəyə atıblar
7-10-2016, 19:46
"Neftçi"də YENİ TRANSFERLƏR - 3 legioner