Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Kupça” ilə bağlı fərman 40 min ailəni sevindirəcək
Tarix: 22-02-2019 | Saat: 10:21
Bölmə:Karusel / İqtisadiyyat / Gündəm | çapa göndər


Samir Əliyev: “Bu, bələdiyyələrə də sərf edən addımdır”
Prezident İlham Əliyevin imzaladığı “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” fərman əsasən paytaxt Bakıda uzun illərdən bəridir mövcud olan problemin həllinə yaşıl işıq yandırır.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin aparat rəhbəri Anar Quliyevin mətbuata verdiyi məlumata görə, fərman əsasında tikintisi bu il yanvarın 1-nə qədər başa çatmış, təxminən 400 bina ilə bağlı müvafiq addımın atılmasıı nəzərdə tutulur: “Həmin binalar artıq istismar edilir. Onların istismarına icazə verilməsinin sadələşdirilməsi üçün fərmanda çox dəqiq mərhələlər qeyd edilib. Bu işlə məşğul olacaq dövlət orqanları məlumdur. Fərmanda qeyd edildiyi kimi, 2 ay ərzində Fövqəladə Hallar Nazirliyi (FHA) həmin binaların dayanıqlığı, texniki cəhətdən istismara tam hazır olması ilə bağlı rəy verəcək. 7 gün ərzində isə binanın istismarına icazə verilməlidir. Bildiyiniz kimi, ötən ilin avqust ayından etibarən komitəyə binaların istismarına icazə verilməsi ilə bağlı səlahiyyət verilib. Bundan sonra, təhlillər aparılıb, bu növ binaların sayı müəyyən edilərək aidiyyəti dövlət qurumlarına məlumat verilib. Bir neçə dövlət qurumunun iştirakı ilə işçi qrupu yaradılıb. İlkin təhililərə görə, belə binaların sayının 400 olduğu müəyyən edilib. Lakin yaxın aylar ərzində bu rəqəm bir qədər dəqiqləşə bilər. Fərmanda o da qeyd olunub ki, binaya baxış mənfi olarsa, yəni binada hər hansı bir texniki çatışmazlıq aşkar edilərsə, bina sahibinə, tikinti şirkətinə, mənzil tikinti kooperativinə bu barədə məlumat verilir. Bu çatışmazlıqların aradan qaldırılması üçün 5 ay müddət verilir. Müddət bitənə qədər çatışmazlıq aradan qaldırılsa, təkrar baxış aparılacaq və istismara icazə veriləcək".
İqtisadçı-ekspert Samir Əliyev bildirir ki, yeni tikililərin istismara qəbulu sahəsində atılan addım təxminən 40 min ailənin mənafeyinə cavab verir: “Bu addımın həm sosial əhəmiyyəti var, həm də iqtisadi. Sosial əhəmiyyəti budur ki, insanlar pul verib ev alıblar, amma ona mülkiyyət hüququnu təsdiqləyən sənədi əldə edə bilmirdilər. Bu səbəbdən həmin evlərin alqı-satqısında da problemlərlə üzləşirdilər. Digər tərəfdən, insanlar on il yaşadıqları evlərdə qeydiyyata düşə bilmirdilər”.
S.Əliyevin sözlərinə görə, çoxmərtəbəli binaların istismara alınması və vətəndaşların “kupça” əldə etməsi bələdiyyələrə sərf edir: “Bildiyiniz kimi, mülkiyyət hüququnu təsdiq edən sənədi olan daşınmaz əmlak üzrə əmlak vergisini bələdiyyələr toplayır. İndiyədək təkcə Bakıda 400 binadan bələdiyyə əmlak vergisi toplaya bilmirdi. İqtisadi tərəflərdən biri də budur ki, istismara verilməyən binalar MTK-lar  tərəfindən idarə olunur. Onlar istədikləri vaxt mənzil haqqını qaldırırlar, vətəndaşlara heç bir izahat verilmir, yəni şəffaflıq yoxdur. Sənədləşmə olduqdan sonra insanlar Mənzil Məcəlləsinə əsasən mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətini yaradıb binaların idarəçiliyini öz üzərinə götürəcək”.
S.Əliyevin fikrincə, fərman yeni tikililərdən mənzil əldə etmək istəyənlərin sayını artıracaq: “İstismara qəbul olunan binalarda mənzil alanlar sənədli mülkiyyət sahibi olacaqlar. Binaların sənədləşməsi insanlarda həmin binalara etibar yaradır. Düşünürəm ki, yalnız çoxmərətəbəli binalardakı deyil, digər mənzillərin də sənədləşməsi üçün analoji addım atılmalıdır”.



2998 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___