Ali məktəblərə qəbul imtahanlarının vaxtı dəyişdi
Tarix: 21-02-2019 | Saat: 11:23
Bölmə:Karusel / Gündəm / Təhsil | çapa göndər
Dövlət İmtahan Mərkəzi tərəfindən 2019-cu ildə keçirilməsi nəzərdə tutulan bəzi imtahan günlərində dəyişiklik edilib.
Mərkəzdən verilən məlumata görə, ali təhsil müəssisələrinə I və IV ixtisas qrupları üzrə birinci (yaz) qəbul imtahanı mayın 12-də, II və III ixtisas qrupları üzrə mayın 19-da keçiriləcək. I və IV ixtisas qrupları üzrə ikinci imtahan (yay imtahanı) isə iyunun 23-də keçiriləcəkdir.
Əvvəlki illərin məzunları üçün ümumi (9 illik) orta təhsil bazasında kolleclərə qəbul imtahanının ikinci mərhələsi 30 iyunda keçiriləcəkdir.
Dövlət qulluğuna qəbul olmaq üçün iyunun 23-də keçirilməsi nəzərdə tutulan imtahan iyunun 30-da keçiriləcək.
Digər imtahanların tarixləri və tədbirlərin qrafiki olduğu kimi qalır və buradan ətraflı tanış ola bilərsiniz.
Qrafik Mərkəzin saytının “Təqvim” bölməsinə də əlavə edilib. Axtarış sistemində sizə lazım olan fəaliyyət istiqaməti və tədbiri seçməklə, ayrıca həmin istiqamətə aid tədbirlərin tarixlərini əldə edə bilərsiniz. Siz, həmçinin axtarış sistemində “status” bölməsində “keçirilir”, “keçiriləcək”, “keçirilib” bəndlərindən birini qeyd etməklə, yalnız həmin bəndə uyğun məlumatları almaq imkanına maliksiniz. Bundan əlavə saytda hər bir fəaliyyət istiqaməti üzrə də ayrıca “Təqvim” bölməsi var və o bölmədə yalnız həmin istiqamətə aid “xəbərlər”, “e-xidmətlər”, “tez-tez verilən suallar”, eləcə də imtahan tarixləri yerləşdirilib.
Xəbəri paylaş
6198 dəfə oxunub.
Digər xəbərlər

20-11-2019, 16:16
Prezidentdən Sabunçu rayonu ilə bağlı mühüm SƏRƏNCAM
12-08-2019, 12:15
Nardaranda 4 nəfərin batması ilə bağlı cinayət işi AÇILDI
17-02-2017, 13:43
Bu robot evdar xanımların işini asanlaşdıracaq - VİDEO
12-03-2017, 13:29
Erməni hərbçiləri məhv edildi - VİDEO
8-08-2020, 12:09
Prezidentin köməkçisi metronun nə zaman açılacağından DANIŞDI
12-11-2020, 15:27
Azərbaycanda ümumilikdə 70216 nəfər COVID-19-a yoluxdu
3-11-2015, 14:24
Bakı metrosunda soyğunçuluq edən şamaxılı saxlanıldı
26-07-2021, 03:32
??Azərbaycan Respublilası haqda ümumi məlumat-OXU VƏ BİL.
20-11-2018, 16:17
Bir qrup hakim və ədliyyə orqanları işçiləri təltif edilib - SİYAHI