Bu gün Kiçik çillənin son günüdür
Tarix: 20-02-2019 | Saat: 10:41
Bölmə:Karusel / Gündəm | çapa göndər
Xalq arasında uzun illərin müşahidələri əsasında formalaşan qeyri-rəsmi təqvimə görə, bu gün "qışın oğlan çağı" – kiçik çillə çıxır.
Xalq təqviminə görə, "qışın oğlan çağı" – kiçik çillə fevralın 20-də çıxıb, öz yerini "boz ay"a verir.
Kiçik çillə yanvarın 31-dən fevralın 1-nə keçən gecədən başlamışdı. Kiçik çillə adətən şaxtası, sazağı, qarı-çovğunu ilə fərqlənir.
Xalq təqviminə görə, qış fəsli 3 hissəyə bölünür: Böyük çillə 40 gün, Kiçik çillə 20 gün çəkir. Onlardan sonra Novruzadək qalan 30 gün "Boz ay" adlanır.
Yəni, dekabrın 21-dən yanvarın 31-dək Böyük çillə, yanvarın 31-dən fevralın 20-dək Kiçik çillə, fevralın 20-dən martın 20-dək "Boz ay" davam edir.
Martın 21-nə keçən gecə daha bir təbiət hadisəsi - yaz gecə-gündüz bərabərliyi baş verəcək.
Qeyd edək ki, Azərbaycana bu il yaz fəsli martın 21-də Bakı vaxtı ilə saat 01.58-də daxil olacaq.
AMEA-nın Şamaxı Astrofizika Rəsədxanasının məlumatına görə, bu il ilk çərşənbə - Su çərşənbəsi fevralın 26-na təsadüf edəcək.
Martın 5-də Od, martın 12-də Yel çərşənbəsi olacaq. Novruzun ilaxır - Torpaq çərşənbəsi isə martın 19-da qeyd ediləcək.
Xatırladaq ki, bu il Novruz bayramı ilə əlaqədar 20, 21, 22, 23, 24 mart qeyri-iş günləri olacaq. Bu il bayram günü hesab edilən 23 və 24 mart həftələrarası istirahət günləri ilə üst-üstə düşdüyündən 25, 26 mart da qeyri-iş günü hesab ediləcək. Beləliklə, Novruz bayramı günlərində 20-26 mart tarixləri qeyri-iş günləri olacaq.
Xəbəri paylaş
4528 dəfə oxunub.
Digər xəbərlər

26-10-2022, 10:15
Özəl xəstəxanalar ƏDV-ni QAYTARMIR – Vətəndaşlardan ŞİKAYƏT
28-11-2022, 10:25
Mövqelərimiz yenə atəşə tutuldu: sülhməramlılarının yerləşdiyi ərazidən
19-12-2022, 13:21
Azərbaycanda əhaliyə xəbərdarlıq edildi - Yaşayış yerinizi tərk etməyin
4-07-2018, 12:29
Bakıda qadına bıçaqla hücum edib pulunu aldılar
16-02-2016, 20:25
Sabirabad Təhsil Şöbəsinin müdiri işdən çıxarıldı
16-06-2016, 17:29
İspaniyada rus casusu tutuldu
12-06-2017, 14:33
Azərbaycanda sudan zəhərlənmələrin səbəbi açıqlandı - TƏHLÜKƏLİ VİRUSDAN NECƏ QORUNAQ? - TƏLİMATLAR
5-05-2016, 11:13
Prezident bütün türkmənlərə istirahət verdi
6-11-2018, 17:36
Birinci xanım Mehriban Əliyeva mətbəxdə: Naxçıvan lavaşı ilə qiymə bişirdi (FOTOLAR)
17-08-2017, 23:07
Göygöldə dəhşətli QƏTL: ər arvadının başını kəsdi, qayınanasını isə ... - YENİLƏNİB