Arvadını döyən dünya çempionu həbs edildi
Tarix: 15-02-2019 | Saat: 14:49
Bölmə:Karusel / Gündəm / Hadisə | çapa göndər
Azərbaycanın kikboks üzrə 4 qat dünya çempionu Anar Süleymanov həbs olunub.
A.Süleymanov arvadı Ş-nı döyməkdə ittiham olunur. İttihama görə, idmançı 2018-ci il noyabrın 5-də Nərimanov rayonunda yaşadığı evdə arvadını döyüb. Əvvəllər tələbəsi olmuş həyat yoldaşı da kikboks üzrə dünya çempionudur.
Xanım polisə izahatında göstərib ki, A.Süleymanovla cəmi 2 ay evli olub: “Həmin müddət ərzində də məni qapalı yerdə saxlayıb, dəfələrlə döyüb. Məni boğaraq dilimi ağzımdan çıxarıb öldürmək istəyirdi. Sonuncu dəfə döyüldükdən sonra qayınanamın evdə olmasından istifadə edib qapını açıb qaçaraq atam evinə qayıtdım. Lakin Anar məni və ailə üzvlərimi ölümlə hədələyirdi. Evli olduğumuz vaxt mənə deyirdi ki, “kriminal aləmin üzvləriyik, biz heç kimdən qorxmuruq”. Üzümə yumruqla vururdu, saçımdan tutub evdə sürüyürdü, təpikləyirdi”.
Zərərçəkmiş Ş. 17-ci Polis Bölməsinə şikayət edib və A.Süleymanov barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci (döymə) maddəsi ilə protokol tərtib olunub. Nərimanov rayon Məhkəməsinin hakimi Vüsal Qurbanov protokol üzrə qərarını elan edib və A.Süleymanov fevralın 13-dən etibarən 20 gün müddətinə inzibati qaydada həbs olunub.
A.Süleymanov Azərbaycan Kikboks Federasiyasının qızlardan ibarət milli komandanın baş məşqçisi olub.
(Qafqazinfo)
Xəbəri paylaş
5468 dəfə oxunub.
Digər xəbərlər

7-07-2016, 04:32
Baş nazirin üzüyünün sirri ortaya çıxdı - Foto
4-07-2023, 12:05
Dənizkənarı Bulvarda kaktusları yazan qadın saxlanıldı - VİDEO
20-08-2015, 13:38
“Cənubi Qafqazın geyləri: oxşar dərdlər” adlı məqalə hazırlayıb
5-02-2018, 10:46
Sumqayıtda 18 yaşlı qız dəm qazından boğulub
26-08-2018, 20:09
İranda təyyarə qəzaya uğrayıb
10-05-2019, 10:39
Heydər Əliyevin anadan olmasının 96-cı ildönümüdür
3-11-2015, 16:31
Azərbaycanda şou-bizneslə bağlı yoxlamalar başladı – RƏSMİ
1-08-2023, 10:59
Həyatımızı qısaldan, xərçəngə səbəb olan məhsul. Yeməyin!
2-06-2020, 20:05
Maska taxılmamasına görə cərimələr qüvvəyə mindi - MƏBLƏĞ