Azərbaycanda güclü yeraltı təkanlar gözlənilir?
Tarix: 11-02-2019 | Saat: 11:30
Bölmə:Karusel / Gündəm | çapa göndər
"Hazırda ölkə ərazisində zəlzələnin afterşokları davam edir. Bundan sonra da afterşokların davam edəcəyi gözlənilir”.
Bunu açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) mətbuat katibi Vüsalə Rafiqqızı deyib.
O bildirib ki, zəlzələ ocağı sönənə qədər afterşoklar davam edəcək: "Fevralın 9-da axşam saatlarında Ağsu rayonu ərazisində növbəti yeraltı təkan qeydə alındı. Bu, afterşok idi. Həmin zəlzələ 3 bala qədər hiss olundu. Biz əvvəllər də dediyimiz kimi, episentrdə zəlzələ ocağı sönənə qədər afterşoklar davam edəcək. Mümkündür ki, bu afterşokların içərisində hiss olunanları da olsun. Məsələn, fevralın 5-də baş verən yeraltı təkanın afterşokları fevralın 9-da axşam saatlarında yenidən hiss olundu. Sadəcə olaraq, afterşoklar zəlzələnin baş verdiyi ərazilərdə hiss edilir”.
V.Rafiqqızı qeyd edib ki, güclü yeraltı təkanların baş verəcəyi gözlənilmir: "Dediyim kimi, bundan sonra da afterşokların davam edəcəyi gözlənilir. Təbii ki, hansı maqnituda ilə baş verəcəyini demək çətindir. Hər halda fevralın 5-də baş verən titrəyişlərin təkrar olunması gözlənilmir. Yenə deyirəm ki, aşağı maqnituda ilə yeraltı təkanların hiss olunması gözlənilir”.
Xəbəri paylaş
4478 dəfə oxunub.
Digər xəbərlər

23-02-2022, 18:43
İlham Əliyev Ərdoğanla telefonla DANIŞDI
29-11-2016, 16:34
"Sonanın nəvəsi" tutuldu - "Lotu Bəxtiyarın" bibisi oğlu imiş - FOTO
28-04-2016, 13:01
Beren Saat bu səhnəyə görə 220 min qazanıb
10-12-2015, 00:22
Avtomobillərin üzərinə belə yazılar yazmayın - VİDEO
9-07-2020, 21:38
Siam əkizləri 18 saatlıq əməliyyatdan sonra ayrıldılar
23-07-2016, 00:43
Salyanda 300 qram narkotik yandırıldı
9-04-2017, 12:37
Misirdə PARTLAYIŞ
29-12-2021, 22:44
Yevlax “MERO”sunda avtomobillərə saxta sənəd düzəldirlər – ŞOK VİDEO
27-11-2015, 23:41
İlham Əliyev Belarusda