Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Dəm qazı bir ailənin iki üzvünün həyatına son qoydu
Tarix: 7-02-2019, 10:57 | Saat: 15:47:00
Bölmə:Karusel / Gündəm / Hadisə | çapa göndər


Masallı rayonunun Boradigah qəsəbəsində dəm qazından Nurullayevlər ailəsinin iki üzvü ölüb, birinin vəziyyəti isə ağırdır.
Bakı şəhərində yaşayan, 55 yaşlı Hənifə Nurullayev, onun həyat yoldaşı 45 yaşlı Elnurə Zülfüqarova və onların övladı 20 yaşlı Əli Nurullayev qəsəbədə olan evlərinə gəliblər. Ailənin üzvləri uzun müddət evdə yaşamadıqları üçün evi isitməkdən ötrü yolüstü İran İslam Respublikasının istehsalı olan qaz sobası alıblar. Sobanı evdə quraşdırıb, tüstü borusunu tüstü bacasına qoşaraq yatıblar. Evin tüstü bacasında quş yuva qurduğundan sobadan çıxan dəm qazı evə dolub. Nəticədə, ailə üzvləri boğulub.
Nurullayevlərin qəsəbəyə gəlişindən xəbər tutan qohumları günorta saatlarında onların mobil telefonlarına zəng ediblər. Telefona cavab verilmədiyi üçün evə gələrək, qonşuların köməyi ilə balkondan mənzilə daxil olublar. Evə daxil olduqda isə Hənifə Nurullayevin və Elnurə Zülfüqarovanın öldüyü, Əli Nurullayevin isə vəziyyətinin ağır olduğu aşkarlanıb.
Əli Nurullayev Masallı Mərkəzi Rayon Xəstəxanasına çatdırılaraq reanimasiya şöbəsinə yerləşdirilib.
Xəstəxanadan verilən məlumata əsasən, 20 yaşlı gəncin vəziyyəti ağır olduğundan Bakıya göndərilib.
Faktla bağlı araşdırmalar aparılır.

1088 dəfə oxunub.
<>
Ömərov Toğrul İsgəndər oğlu. Uşaq Cərrahı PhD. Qəbula yazılmaq +994506729224. Usaqcerrahi.az
Əlaqə üçün: (WhatsApp) +994506729224 (İnstagram.com)⬇ ➡@rtogrulomarov_ushaq_cerrahi

Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}
bütün xəbərlər
____ Instagram ___