Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Zəlzələ zamanı nə etmək lazımdır? - DİQQƏT!
Tarix: 06-02-2019 | Saat: 11:34
Bölmə:Karusel / Maraqlı / M2 | çapa göndər

Zəlzələ zamanı nə etmək lazımdır? -
Zəlzələlər yer səthinin titrəyişinə səbəb olan, yer qabığının deformasiyasına və tikililərin zədələnməsi və ya dağılmasına gətirib çıxardan yeraltı təkanlardır. Zəlzələlər şərti olaraq 12 ballıq şkala ilə hesablanır. Gücü 5 baldan yüksək olan zəlzələlər təhlükəli hesab olunur.
Zəlzələ zamanı etməli olduğunuz davranışlar barədə məlumatları təqdim edirik.
Zəlzələ zamanı nə etmək lazımdır?
Sakit və soyuqqanlı olun, özünüzü itirməyin. Unutmayın, bəzi hallarda belə kiçik yeraltı təkanlardan sonra güclü təkanlar baş verir. Qaçmağa çalışmayın. Döşəməyə uzanın, yumaq formasını alın və əllərinizlə başınızı örtün.
Zəlzələ zamanı qapalı məkanda olanlar necə hərəkət etməlidir?
Mümkün hallarda binanı tərk edin. Ətrafdakı binalardan kənarda, təhlükəsiz bir yerdə dayandığınızdan əmin olun. Açıq sahəyə çıxmaq mümkün deyilsə, təhlükəsiz bir yerdə gizlənin, çarpayı və ya stolun altında da gizlənmək olar. Zəlzələ zamanı pəncərələrin yanında və yuxarı mərtəbələrin künc otaqlarında olmaq təhlükəlidir. Qaz, elektrik, müxtəlif isitmə sistemlərini və suyu mərkəzdən bağlayın. Kibrit yandırmayın və liftdən istifadə etməyin. Pəncərə və ya eyvandan tullanmaq istəyənlərə mane olun. Terrasa və ya eyvana çıxmayın. Məktəblərdə şagirdlər partaların altında gizlənməli və əlləri ilə başlarını örtməlidir.
Əgər siz ictimai binadasınızsa: – təmkinli olun; – insan izdihamından uzaq durun; – pilləkənlərdən və qapılardan uzaq durun: belə yerlərdə çoxlu bədbəxt hadisələr baş verir; – nəzərə alın ki, həyəcan siqnalının işə düşməsi elektrik enerjisinin kəsilməsinə səbəb ola bilər. Özünüzlə fənər və xüsusi xidmət orqanları tərəfindən verilən elanları dinləmək üçün əlavə batareyaları olan radio götürməyiniz məsləhətdir. Yanğın baş verərsə, onu söndürməyə çalışın və yerli yanğından mühafizə xidmətinə zəng edin. Ehtiyac olduqda, xilasedici dəstə ilə birlikdə binaların dağıntıları altında qalan insanların axtarışına kömək edin.
Zəlzələ zamanı yolda olan insanlar necə hərəkət etməlidir?
Yol fənərləri, naqillər və binalardan uzaqlaşın. Tüstü boruları, fasad plitələri, qırılmış pəncərə şüşələri və s.-dən özünüzü qoruyun. Başınızı əlləriniz və ya çantanızla örtün. Yeraltı keçidlərdən istifadə etməyin. Əgər bu təbii fəlakət zamanı siz ictimai nəqliyyatdasınızsa, dayanacaqda dərhal nəqliyyat vasitəsini tərk edin.
Zəlzələ zamanı hərəkət edən avtomobildə olanlar necə davranmalıdır?
Təhlükəsiz yol hərəkəti imkan verərsə, dayanın. Təkanlar qurtarmayınca, nəqliyyat vasitəsindən çıxmayın. Binaların, ağacların, estakadaların və elektrik naqillərinin yanında nəqliyyat vasitəsini saxlamayın. Zəlzələ qurtardıqdan sonra ehtiyatlı olun. Zəlzələ nəticəsində zədələnə biləcək yollardan, körpülərdən və maili enişlərdən uzaq olun.
Dağıntılar altında qaldıqda nə etmək lazımdır?
Qapalı yerə düşümsünüzsə, bu bütün hallara – uçqun, sürüşmə, zəlzələyə aiddir, yadda saxlayın ki, fikir aydınlığını saxlamaq üçün özünüzü itirməməlisiniz. Yeməksiz və susuz uzun müddət qalmaq mümkündür! Özünüzü ələ alın və fikrinizi bir yerə cəmləməyə çalışın. Od yandırmayın. Hərəkət etməyin. Ağzınızı əl dəsmalınız və ya geyiminizlə bağlayın. Harada olduğunuzu, çıxış yolunun, yaxınlıqda digər insanların olub-olmadığını müəyyən etməyə çalışın. Xilasedicilərin sizin olduğunuz yeri müəyyən etmələri üçün boru və ya divara vurun. Təhlükəli miqdarda toz udmamaq üçün yalnız əlacsız qaldıqda qışqırın. Əgər dağıntılar altında sıxılırsınızsa, gücünüzü qoruyub saxlamaq və iti əşyalarla yaralanmamaq üçün onları astaca kənarlaşdırmağa çalışın.


Xəbəri paylaş

5118 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___