Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Əlacım olsa atamı yanıma gətirərdim” - Hüseyn Dəryanın oğlundan ÜRƏK DAĞLAYAN SÖZLƏR
Tarix: 5-02-2019, 19:28 | Saat: 15:47:00
Bölmə:Karusel / Şou-Biznes | çapa göndər


"Gəlişi kimi, gedişi də əfsanə oldu"
ARB TV-nin "Bu qədər" proqramın da bu dəfə mərhum reper Hüseyn Dəryanın həyatından danışılıb.
Reperin dostları, həyat yoldaşı və oğlu onunla bağlı xatirələrini bölüşüb:
Sona İbadova - Həyat yoldaşı: "2001-ci ildə konsertinə getdim. Bu konsetrdə demişdi ki, ən fəal fanatlarım yeni klipimdə yer alacaqlar. Mən çox istəyirdim o klipə çəkiləm, çünki, mən onun fanatı idim. Onunla şan-şöhrətinə görə ailə qurmamışam. Biz evlənəndə o sıfırda idi. 2005-ci ildə ailə qurduq, kirayədə yaşayırdıq. Evlənəndə mənə dedi ki, sən balacasan, mən işləmirəm, bizə çətin olacaq. Dedim, eybi yox, ikimiz də işləyərik. Cahangirin 1 yaşı olanda restorana getdik, Hüseyn ad günündən çıxdı, biz getdik anamgilə. O da "mən birazdan gələcəm" deyib, bizdən ayrıldı. Səhər mənə zəng gəldi ki, Hüseyn Dərya həbs olunub. Onu görəməyə icazə vermirdilər. Mənim çoxsaylı xahişlərimdən sonra 1, 2 dəqiqəlik icazə ala bildim. Gözüm qapıda idi, qapıdan keçəndə gördüm əli qandallı gətirirlər. Çox pis oldum, ağlamağa başladım. Qandalını açdılar, biz görüşdük. Gəlişi kimi, gedişi də əfsanə oldu. Şou-biznesdə onun kimi partlayış edən, sevilən müğənni olmadı, hələ də yoxdur".
Cahangir Dərya - Oğlu: "Anamdansa  atamla bağlı xatirələrim çoxdur. Yaxşı ata kimi yadımda qalıb. Mənə pişik deyirdi. İndidən məni sevən kütlə var, gələcəkdə də çoxalacaq. Məni ən çox atama görə sevirlər. Adi insanın oğlu olsaydım məni heç kim tanımazdı. Atam çox yatırdı. İndi yanımda olsa ona deyərdim ki, çox yatma, mənimlə vaxt keçir. Onunçün darıxdığımı ona deyərdim. Əlacım olsa atamı yanıma gətirərdim".

1618 dəfə oxunub.
<>
Ömərov Toğrul İsgəndər oğlu. Uşaq Cərrahı PhD. Qəbula yazılmaq +994506729224. Usaqcerrahi.az
Əlaqə üçün: (WhatsApp) +994506729224 (İnstagram.com)⬇ ➡@rtogrulomarov_ushaq_cerrahi

Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}
bütün xəbərlər
____ Instagram ___