Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bərdədə tapılan azyaşlılar Gəncədəki uşaq evinə veriləcək
Tarix: 05-02-2019 | Saat: 11:56
Bölmə:Karusel / Gündəm | çapa göndər


Bərdədə şadlıq evlərindən birinin qarşısında tapılan iki azyaşlı bu gün Gəncədəki uşaq evlərindən birinə veriləcək.
Bu barədə açıqlamasında Bərdə Rayon İcra hakimiyyəti başçısının 1-ci müavini Vahid Qarayev deyib.
Onun sözlərinə görə, azyaşlılar hazırda Bərdə Rayon Uşaq Xəstəxanasındadır: "Uşaqlar tam nəzarətdədir. Onların anası məlum olub. Anası heç uşaqların atasını tanımır. Hazırda təşkilati işlər görülür. Azyaşlılar uşaq evinə göndəriləcək. Anası Qazax rayonunun Kəmərli kəndindən olan 1984-cü il təvəllüdlü Aslanova Yeganə Məhəmməd qızıdır. Dediyinə görə, Bərdədə kafe və çayxanalarda işləyib".
V.Quliyev deyib ki, hazırda azyaşlıların səhhəti normaldır: "Heç bir problemləri yoxdur, uşaqlar tam sağlamdır. Daim nəzarət altında saxlanılır".
Xatırladaq ki, fevralın 2-də gecə saatlarında Bərdə rayonundakı şadlıq evlərinin birinin qarşısından 1 və 2 yaşlı iki uşaq aşkarlanıb. Uşaqlar təcili tibbi yardım briqadası ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Bərdə Rayon Polis Şöbəsində araşdırma aparılır.


Xəbəri paylaş

3758 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___