XƏBƏRDARLIQ: Maqnit qasırğası gözlənilir
Tarix: 04-02-2019 | Saat: 17:16
Bölmə:Karusel / Gündəm / Səhiyyə | çapa göndər
Fevralın 7-8-də geomaqnit qasırğasının baş verəcəyi də gözlənilir. Maqnit sahəsinin Z komponentinin istiqaməti cənubu göstərərsə, geomaqnit həyəcanlaşması daha güclü olacaq.
Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Elçin Babayevin verdiyi məlumata görə, hazırda Günəşin görünən diskində heç bir Günəş ləkəsi müşahidə olunmur və gündüz ulduzumuz olan Günəş alışmalar generasiya etməyə qadir deyil.
E.Babayev deyib ki, Günəşin səthində orta ölçüyə malik növbəti tac dəliyi formalaşıb. Tac dəliyindən yüksək sürətli Günəş küləyi (yüklü zərrəciklərdən ibarət plazma) öz başlanğıcını götürərək planetlərarası fəzaya, o cümlədən Yerə doğru yönəlmiş olur. Tac dəliyindən "əsən" Günəş plazma küləyinin təsirlərinin 7-8 fevral tarixlərində Yerə çatması gözlənilir. Həmin plazma küləyi Yer maqnetosferində həyəcanlaşma yaradacaq və nəticədə hətta zəif səviyyəli geomaqnit qasırğasının baş verəcəyi də gözlənilir. Sonuncu güclü həyəcanlaşma və qısamüddətli qasırğa fevral ayının əvvəlində baş vermişdi:
"Planetlərarası maqnit sahəsinin Z komponentinin istiqaməti cənubu göstərərsə, 7-8 fevral tarixlərində müşahidə olunacaq geomaqnit həyəcanlaşması daha da güclü olacaq. Bu gün üçün geomaqnit həyəcanlaşmasını xarakterizə edən əsas Kp indeksinin qiyməti 1-3 arasında dəyişir. Ehtimal olunur ki, 7-9 fevral tarixlərində bu qiymət qalxacaq. Hazırda atmosfer təzyiqi normadan yüksəkdir".
Xəbəri paylaş
7648 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 04-02-2019 | Saat: 17:16
Bölmə:Karusel / Gündəm / Səhiyyə | çapa göndər
Fevralın 7-8-də geomaqnit qasırğasının baş verəcəyi də gözlənilir. Maqnit sahəsinin Z komponentinin istiqaməti cənubu göstərərsə, geomaqnit həyəcanlaşması daha güclü olacaq.
Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Elçin Babayevin verdiyi məlumata görə, hazırda Günəşin görünən diskində heç bir Günəş ləkəsi müşahidə olunmur və gündüz ulduzumuz olan Günəş alışmalar generasiya etməyə qadir deyil.
E.Babayev deyib ki, Günəşin səthində orta ölçüyə malik növbəti tac dəliyi formalaşıb. Tac dəliyindən yüksək sürətli Günəş küləyi (yüklü zərrəciklərdən ibarət plazma) öz başlanğıcını götürərək planetlərarası fəzaya, o cümlədən Yerə doğru yönəlmiş olur. Tac dəliyindən "əsən" Günəş plazma küləyinin təsirlərinin 7-8 fevral tarixlərində Yerə çatması gözlənilir. Həmin plazma küləyi Yer maqnetosferində həyəcanlaşma yaradacaq və nəticədə hətta zəif səviyyəli geomaqnit qasırğasının baş verəcəyi də gözlənilir. Sonuncu güclü həyəcanlaşma və qısamüddətli qasırğa fevral ayının əvvəlində baş vermişdi:
Xəbəri paylaş
Digər xəbərlər
26-08-2015, 16:03
Hacı İbrahimin axtarışa verilən adamı:“Mən belə halın şahidi olmamışam“
26-12-2015, 17:03
Bakıda piyadanı vurub öldürdülər
21-04-2016, 20:41
Şahzadə ailəsində 3 əsrdən sonra Aleksandr doğuldu - Foto
9-06-2016, 15:53
Oğlu qızını öldürən ana: "Qızımı pis qələmə vermişdilər" - VİDEO - FOTO - YENİLƏNİB
14-01-2017, 19:47
Putinin bir sözü yapon anbarlarını boşaltdı
5-01-2018, 16:08
Kıraç azərbaycanlı müğənnini məhkəməyə verdi-VİDEO
15-07-2021, 11:32
Suyu XLORdan təmizləmək üçün bunu edin
14-04-2019, 21:03
Talıb Taleyə ağır itki - VİDEO
22-02-2018, 22:29
Prezidentin fərdi təqaüdünün məbləği 150 manat artırılıb